Modern.az

İrana 12900 dollar keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

İrana 12900 dollar keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

Aktual

17 Yanvar 2019, 12:45

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyan olunmayan, ümumilikdə 12 900 ABŞ dolları aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə