Modern.az

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ

Qarabağ

17 Yanvar 2019, 14:11

“Ermənistan ordusunun problemlərini nə əvvəlki hakimiyyət, nə də hazırki hakimiyyət həll etmir”.

Modern.az xəbər verir ki, bu barədə “Nor Tapan” agentliyinə danışan politoloq Armen Ayvazyan açıqlama verib.

 

O, erməni ordusunda ehtiyat qüvvələrin olmamasını böyük təhlükə adlandırıb.

 

“Ordu üçün yeganə ehtiyat mənbəyi “Yerkrapa” təşkilatı idi. Silah və təşkilati problemləri olsa da, indi heç bu təşkilat da yoxdur. Azərbaycana qarşı uzunmüddətli duruş gətirmək üçün professional ehtiyatımız olmalıdır”-deyə politoloq deyib.

 

Ayvazyanın fikrincə, Azərbaycasn ordusu birinci müdafiə xəttini yarsa, tam qələbə qazanacaq.

“Birinci müdafiə xəttimiz yarılsa, onda bu əsl faciə olacaq. 2016-cı ilin aprelində Azərbaycan ordusu müdafiə xəttini yarmış olsaydı, Qarabağın içərilərinə doğru asanlıqla irəliləyə bilərdi”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi