Arxiv
17 Yanvar 2019, 15:40 | MƏDƏNİYYƏT
Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

“Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

 

Onun sözlərinə görə, sərəncamda qeyd edildiyi kimi, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.

 

“Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib.

 

Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən Prezidentdir. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum “Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və “Nizami” filmləri barədə məlumat verilib”.

 

Deputat bildirib ki, Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb:

“Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin din əleyhinə olduğu iddia edilir, əslində isə o, dinin əleyhinə deyildi. O, dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təklifi orta əsr Avropasındakı dini islahatlardan daha öncə baş verib. Bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir”.

 

Akademik Nəsiminin məzarının Hələbdən Azərbaycana gətirilməsi haqda təkliflərə də münasibət bildirib.

 

“60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların məzarlarını bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Tariximizə toxunmaq olmaz. Və Nəsiminin məzarının Hələb şəhərində qalmasının tərəfdarıyam.

 

Bilirik ki, böyük mütəfəkkirimiz Rəsul Rza Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rzayla çoxsaylı söhbətlər etmişəm. O, Nəsiminin məzarının aşkar olunması və qorunub saxlanılmasında mühüm rol oynayıb”.

 

Y.Mahmudov onu da bildirib ki, Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19 BMU-da beynəlxalq seminar keçirilir 21 Noyabr 2019, 15:15 BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2 21 Noyabr 2019, 15:11