Arxiv
18 Yanvar 2019, 12:34 | MEDİA
Arif Alışanov DANIŞDI: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - EKSKLÜZİV

Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov Modern.az-a açıqlama verib.

 

Keçmiş sədr ölkə başçısnını qərarının müzakirə olunmadığını bildirib:

“Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:

“Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.

 

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib:

“Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.

Tərcümeyi-halında bildirilir ki, Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb, 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar fakültəsini bitirib.

Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə  başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.

İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.

Evlidir, 3 övladı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qışda heç belə olmamışdı - Temperatur görün neçəyə qalxdı   27 Yanvar 2020, 13:11 Agentlik “Torqovı”dakı restoranı nəzarətə GÖTÜRDÜ 27 Yanvar 2020, 13:07 Könül Nurullayevanı daha da yaxından tanıyaq - FOTOLAR 27 Yanvar 2020, 13:01 Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək - FOTO 27 Yanvar 2020, 12:58 Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov 27 Yanvar 2020, 12:52 Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada - FOTOLAR 27 Yanvar 2020, 12:47 UNEC beynəlxalq reytinqdə liderdir 27 Yanvar 2020, 12:42 Azərbaycan Çinə uçuşları dayandırır - RƏSMİ 27 Yanvar 2020, 12:37 Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? - Baş infeksionistdən AÇIQLAMA 27 Yanvar 2020, 12:33 Naziri zəlzələ zonasından gətirilən tələbələrimizin sonrakı aqibətinə aydınlıq gətirdi 27 Yanvar 2020, 12:30 Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 12:24 Litvalı jurnalistdən ədalətli mövqe 27 Yanvar 2020, 12:20 Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:09 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22 AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq 27 Yanvar 2020, 11:16 Deputatlığa namizədlərin sayı AÇIQLANDI 27 Yanvar 2020, 11:10 Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?   27 Yanvar 2020, 11:05 Şəkidə narkotacir saxlanıldı - FOTO 27 Yanvar 2020, 10:58 Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21
SORĞU Yeni parlamentdə kimlər olsun?