Arxiv
18 Yanvar 2019, 13:02 | AKTUAL
Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma halları aşkarlanıb, yoluxma hallarının çox payı isə Bakıya düşüb.

Modern.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 312 yoluxma hadisəsinin qeydə alındığını xatırladan mərkəz rəsmisi qeyd edib ki, ölkədə səpkili xəstələrdən alınan müayinə materialları (qan) Taun Əleyhinə Stansiyada yoxlanılıb:

“Noyabrın sonlarından indiyədək götürülən müayinə materialları nəticəsində tək-tək hallarda böyük yaşlı əhali arasında qızılcaya şübhəli xəstələr aşkarlanıb. Bu hal uşaqlar arasında da cox az sayda qeydə alınıb. Şübhəli xəstələrdən götürülmüş laborator müayinələr nəticəsində tək-tək hallarda əsasən, böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

RGEM rəsmisi bildirib ki, qızılcaya yoluxan insanlar vaxtilə yaşına görə peyvənd olunmayan insanlardır:

“Bu xəstəliyin profilaktikası əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Avropanın bütün ölkələrində, bizimlə həmsərhəd olan ölkələrdə qızılca xəstələrinin sayı həddindən artıq çoxdur”.

Azərbaycanda qeydə alınan qızılcanın Gürcüstandan Azərbaycana keçmə ehtimalına gəldikdə isə, A.Əliyeva qeyd edib ki, yoluxma hallarının ölkəyə gətirilmə hal olduğu ehtimal edilir:

“İnsanlar bəzən tam məlumatı vermək istəmirlər. Ancaq məlumatı tam verməsələr də bildirirlər ki, Gürcüstanla əlaqələri var. Biz hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Aydındır ki, hər bir yoluxan xəstənin Gürcüstanla əlaqəsi ola bilməz. Amma nəzərə alınmalıdır ki, xəstəliyi adətən, ilk dəfə 1-2 nəfər gətirir, ondan sonra isə xəstəlik digər insanlara keçərək yayılır”.

Mərkəzin direktor müavini bunu da əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınmışdı. Həmin ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma baş verməmişdi.

A.Əliyeva bildirib ki, hazırda Azərbaycanda tibb müəssisələri tərəfindən səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb olunması üçün epidemioloji nəzarət aparılır.

Xatırladaq ki, ötən il Gürcüstanda qızılcaya 2000-2200 yoluxma halı olub. Bu il isə yoluxma hallarının sayı 312 olubQızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb. Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57 Cəbrayıllı həkimlər humanitar aksiya keçirdilər - FOTOLAR 23 Avqust 2019, 13:56 Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR 23 Avqust 2019, 13:47 Fransa Azərbaycan yeni səfir təyin etdi 23 Avqust 2019, 13:46