Modern.az

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır

18 Yanvar 2019, 15:22

Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

O qeyd edib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək:

 

“Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq”.

 

Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

 

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Tibbi arayış;

3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

 

Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir