Arxiv
18 Yanvar 2019, 17:21 | AKTUAL
Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.


Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.


S.Babayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək, “Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək” deyə bildirib.



Nazir deyib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçısının  mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.   


S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq  5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib.


Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.


Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada  pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf odur ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət  sistemləri fəaliyyət göstərsin.


Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin – dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsini nəzərdə tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin işə salınmasıdır. Cənab Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə  DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək. 

 

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib.  O,  1055 nəfərə  əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.


 İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirovhesabat məruzələri ilə çıxış ediblər.


Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmalarının 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artımın qeydə alındığı və bu istiqamət üzrə proqnozun icrasının 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.


Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşəyönümü məsləhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına  cəlb olunduğu, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənildiyi qeyd edilib.

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb. 


Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57