Modern.az

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO

20 Yanvar 2021, 01:29

Xalq artisti, qaboy alətinin mahir ifaçısı Kamil Cəlilov bu gün 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 

20 Yanvar hadisələrinin dəhşətləri onun qaboy ifasının fonunda insanların yaddaşında yenilənib.

“Xalq bilir ki, yanvar hadisələrində mənim çalğım olmasaydı, ah –naləni bu dərəcədə çatdırmaq olmayacaqdı. Camaat yalçın qalmışdı, bilmirdi ki, şəhidlərin ah-naləsini nə təhər dünyaya çatdırsın. Mənim qaboyum o zamanlarda ağlayırdı”, - K.Cəlilov Modern.az-a bildirib.


Hüznlü "Zəminxarə" musiqisinin ifasından danışan K.Cəlilov deyib:

“Bu mənim ideyam oldu. Faciələrin şahidi idim. Bu təsirdən sonra yalnız həmin muğamı ifa edə bilərdim. Lakin "Zəminxarə" qəmli mahnıya çevrildi. Əslində isə insanları nəticə çıxarmağa, cəsarətli olmağa çağırırdım”.  


Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. A.Zeynallı adına Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşa nağaraçı, sonra qarmon ifaçısı olub. Daha sonralar qaboy ifaçılığına keçib.

Xalq artisti qaboyda "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi"ni ustalıqla ifa edir.

“Şöhrət” ordenli, 83 yaşlı sənətkarın ən böyük arzularından biri Qarabağda "Qarabağ şikəstəsi"ni çalmaqdır.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi