Modern.az

Rusiyada prezident seçkisinin vaxtı rəsmən açıqlanıb

Rusiyada prezident seçkisinin vaxtı rəsmən açıqlanıb

25 Noyabr 2011, 17:08

Rusiyada prezident seçkilərinin vaxtı rəsmən bəyan edilib. Modern.az xəbər verir ki, Rusiya parlamentinin üst palatası - Fedarasiya Şurası bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, prezident seçkiləri 4 mart 2012-ci il tarixində olacaq.

Fedarasuya Şurasının prezident seçkisi ilə bağlı verdiyi qərar, 5 gün ərzində rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev 2012-ci ildə keçiriləcək prezident seçkisində baş nazir Vladimir Putinin namizədliyini dəstəkləyəcək. Medvedev bu barədə bir müddət öncə «Vahid Rusiya» Partiyasının qurultayında 11 min nümayəndə qarşısında bəyan edib.

Baş nazir Vladimir Putin artıq namizədliyinə razılıq verib.  Dmitri Medvedevə isə seçkilərdən sonra baş nazir postu təklif olunur.

Vladimir Putin 2000-2008-ci illərdə prezident postunu tutub.


Modern

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi