Arxiv
22 Yanvar 2019, 12:23 | MƏDƏNİYYƏT
ABŞ-da yaşayan Azərbaycanın Əməkdar artisti...  

Xalqın adından danışmağa haqqım yoxdur, amma bir azərbaycanlı kimi özümü ona borclu bilirəm. Azərbaycan mədəniyyətinin təbliğində o qədər işlər görüb ki, söhbətimi haradan başlayıb, harada bitirəcəyimə çətinlik çəkirəm…

Deyir ki,- "21 ildir Azərbaycandan çıxsam da, Azərbaycan sevdası məni tərk etmədi ki, etmədi"…

Haqqında söhbət açdığım Telman Cəlilov 1957-ci ildə Sumqayıt şəhərində doğulub. 1976-cı ildə orta təhsilini başa vurduqdan sonra bir il zavodlardan birində çalışıb. 1977-ci ildə orduya çağrılıb. 1979-cu ildə ordudan qayıtdıqdan sonra Sumqayıt Mədəniyyət şöbəsində rəqs müəllimi kimi fəaliyyətə başlayıb. Burada işləyə-işləyə Mirzağa Əliyev adına İncəsənət institutunun qiyabi şöbəsinə qəbul olunub. 1989-cu ildə institutun sonuncu kursunda oxuyarkən onu həmin elm ocağına müəllim kimi işə götürüblər. 1993-cü ilədək orada "Səhnə hərəkəti kafedrası"nda rəqs quruluşu və səhnə hərəkəti fənnindən dərs deyib. Eyni zamanda, Sumqayıt Dövlət Dram Teatrının baletmestri işləyib. Məvacibi az olduğundan ölkəni tərk etmək məcburiyyətində qalıb. Beş il qardaş Türkiyənin İstanbul şəhərində yaşayıb. Orada Azərbaycan milli rəqs qrupunu yaradıb və ABŞ-a gələnədək həmin qrupa rəhbərlik edib. 

1998-ci ildən Nyu York şəhərində yaşayır... 

Deyir ki,- "Təzə gəldiyim vaxtlarda əvvəl-əvvəl Tomris Azərinin rəhbərlik etdiyi təşkilatın tədbirlərində tez-tez iştirak edirdim. Sonra Əli Nəsibovun rəhbərlik etdiyi "Azərbaycan - Nyu York Assosiyasiyası" tərəfindən təşkilatın mədəniyyət şöbəsinə rəhbərlik etməyə dəvət olundum. 2011-ci ilədək bu ictimai vəzifədə çalışdım"…

...Azərbaycan teatrının tarixində ilk dəfə olaraq Musiqili Komediya Teatrını Nyu Yorka dəvət edir. Teatrın hazırladığı əsərin tamaşasında həmyerlimizi bir araya gətirir…

Bir az keçir "Soydaş" rəqs ansanblını yaradır. Azərbaycan Milli Teatrını təsis edir. M.F.Axundovun anadan olmasının 200 illiyi münasibəti ilə "Müsyo Jordan və dərviş Məstəli şah" əsərini səhnələşdirərək nümayişini keçirir…

Arzuları böyük olduğundan 2012-ci ildə rəsmi müraciətlə "Nyu York - Azərbaycan Mərkəzi"ni yaradır və həmin təşkilatın prezidenti olur. Elə o vaxtdan da var qüvvəsi ilə Azərbaycan mədəniyyətinin təbliğinə başlayır. Milli və rəsmi bayramlarımızda müxtəlif yerlərdə musiqili-əyləncəli tədbirlər keçirir. Hər dəfə də yaratdığı "Soydaş" ansamblı bu tədbirlərə milli rəqsləri ilə rəng qatır. Azərbaycan rəqslərinin gözəlliyinə amerikalıları heyran qoyur…

2015-ci ildə Novruz bayramında, möhtəşəm bir tədbir keçirməyə nail olur. Üçrəngli bayraqlarımızla bəzədilmiş maşın karvanı, önündə də Dədə Qorqud at belində Nyu Yorkun mərkəzi küçələrindən birindən keçir. Şəhər sakinləri böyük maraqla bu bayram nümayişini izləyir…

Rəhbərlik etdiyi "Azərbaycan Milli Teatrı" hazırda "Dirijor" komediyasının məşqlərini aparır. Yaxın aylarda həmin tamaşanın ilk nümayişi olacaq…

Dəfələrlə açıq havada "Bakı gecələri" adlı tədbir keçirib. Bu tədbirlərə azərbaycanlılarla yanaşı amerikalıları da dəvət edib…

...1980-1981-ci illərdə sovet respublikaları və ümumdünya rəqs festifallarının laureatı olub. 1989-cu ildə Azərbaycanın “Əməkdar artisti" fəxri adına layiq görülüb…

…Üç oğlu var, üçünü də ev-eşik edib. İkisi Minnesota ştatında, biri isə Nyu York şəhərində yaşayır. Olduqca işgüzar, qayğıkeş, mehriban olan bu soydaşımızın Azərbaycan mədəniyyətinin amerikalılar arasında təbliğində misilsiz xidmətləri var. Onunla tanışlığımızdan çox məmnun qaldım…

Deyir ki,- "Ən böyük arzum, Nyu Yorkda azərbaycan dilində radio yaratmaqdır. İstəyirəm ki, "Danışır Azərbaycan radiosu" sözləri Amerikada da səslənsin"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30