Modern.az

Əliyevlə Paşinyan arasındakı qeyri-rəsmi görüşün VİDEOSU  

Əliyevlə Paşinyan arasındakı qeyri-rəsmi görüşün VİDEOSU   

Qarabağ

23 Yanvar 2019, 10:15

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub.

Modern.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.


“Biz danışıqlar prosesində hazırkı vəziyyət və sonrakı müzakirələr barədə fikir mübadiləsi etdik. Söhbət saat yarımadək çəkdi”, - deyə Paşinyan görüş barədə özünün Facebook səhifəsində yazıb.

Bu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ermənistanın yeni hökumət rəhbəri arasında keçirilən 3-cü görüşüdür.


Xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyanın bundan əvvəl də iki dəfə qeyri-rəsmi görüşü olub. Belə ki, ötən il sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində iki dövlətin lideri arasında "ayaqüstü söhbət” olmuşdu.

Onlar arasında ikinci belə söhbət ötən il dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərindəki qeyri-rəsmi Zirvə toplantısında baş tutmuşdu.

Həmin tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdı.

Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunmuşdu.


Modern.az İlham Əliyevin Nikol Paşinyanla Davosdakı qeyri-rəsmi görüşündən hazırlanmış videonu təqdim edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır