Modern.az

Deputatın oğlu xizək qəzasında öldü - FACİƏ

Deputatın oğlu xizək qəzasında öldü - FACİƏ

23 Yanvar 2019, 22:13

Milli Məclisin deputatı Əsabil Qasımova ağır itki üz verib. Modern.az xəbər verir ki, deputatın oğlu İsveçrədə faciəli şəkildə dünyasını dəyişib.

 

Məlumata görə, deputatın oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

 

“Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

 

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir