Arxiv
24 Yanvar 2019, 11:11 | DİASPOR
Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?  

Söhbətimə ABŞ-ın 28-ci prezidenti Vilsonun 28 May 1919-cu ildə Paris sülh konfransından sonra söylədiyi sözlərlə başlamaq istəyirəm. O, Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə gürüşündən məmnun olduğunu belə ifadə etmişdi - "Mənim söhbət etdiyim insanlar eynən mənim kimi düşünur və mənim kimi eyni ideyalara - hürriyyət, hüquq və azadlığa hörmət bəsləyirlər"…

Yüksək intelektli insanlarla ünsiyyətdə olmaq həm asan və həm də çətindir. Asandır ona görə ki, onlar səni rahat başa düşürlər. Çətinliyi isə ondadır ki, onları dəqiq anlamağa çalışırsan.

Haqqında danışdığım Cavid Hüseynov süni intelekt üzrə mütəxəsisdir. Necə deyərlər, zəkası, savadı yüksək səviyyədədir…

O, 1976-ci ildə Bakı şəhərində dünyaya gəlib. 8-ci sinfə qədər 20 nömrəli məktəbdə, sonra isə İncəsənət Gimnaziyasında oxuyub. 1992-ci ildə oranı bitirərək İnşaat Muhəndisləri İnstituna qəbul olunub. 1995-ci ildə beynəlxalq mübadilə proqramı xətti ilə ABŞ-ın Rochester Texnalogiya İnstitutunda təhsilini davam etdirib. 1996-cı ildə bakalavr, 1998-ci ildə birinci dəfə mühəndis və idarəetmə ixtisası, 1999-ci ildə isə ikinci dəfə kompüter elmləri üzrə magistr dərəcələrinə yiyələnib. 
1999-cu ildə İrven şəhərindəki Kaliforniya Universitetinin doktoranturasına qəbul olunub. 2008-ci ildə orada kompüter elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 

Eyni zamanda, 2002-ci ildən məşhur "General Monitors" şirkətinə kompüter mühəndisi kimi işə götürülüb. 2015-ci ilədək bu vəzifədə çalışıb. Sonra, bir il Konektikut ştatında "ESPN" şirkətində işləyib.

2016-cı ildən Nyu York ştatında ilk kompüteri istehsal edən "İBM" şirkətində süni intelektin biznesə tətbiq olunması üzrə mütəxəsis və qrup rəhbəri vəzifəsində çalışır. Bu sahə, dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin işlədiyi sahədir…

Deyir ki, "Lütfi Zadə ilə ilk dəfə Oriqon şatatında süni intelekt üzrə keçirilən illik konfransda görüşdüm. Çalışdığımız sahəyə aid söhbətimiz oldu. Azərbaycanlı olduğumu biləndə çox sevindi. Sonralar onu da azərbaycanlılarla bağlı tədbirlərimizə cəlb edə bildim, maraqlı çıxışlarını hələ də xatırlayıram"…

...Azərbaycan naminə xeyli işlər görüb. 2006-cı ildə Tomas Qolts da daxil olmaqla bir neçə soydaşımızla "Amerika Azərbaycanlıları Şurası"nı təsis ediblər. 2006-cı ildə Los Anceles, Kaliforniya, 2007-ci ildə Kaliforniya- Berkli, 2008-ci ildə İrvin, 2009-cu ildə Nyu Yorkdakı Kalumbiya universitetlərində Amerikadakı azərbaycanlı tələbələrin konfranslarını keçiriblər. Corc Vaşinqton, Kalumbiya universitetlərində isə Qarabağ həqiqətləri ilə bağlı tədbirləri təşkil ediblər…

2007-2011-ci illərdə beş il ardıcıl fevral ayında, bir sıra nüfuzlu universitetlərdə Xocalı soyqrımına həsr olunmuş tədbirlərin təşkilatçılarından olub… 

Deyir ki, "Burada yaşayan soydaşlarımıza daha faydalı olmaq üçün, gərək amerikalılara qaynayıb-qarışasan. Onların inzibati idarələrində yer tutmağı bacarmalısan. Bunun üçün isə işləmək, etibar qazanmaq lazımdır"...

2013-2015-ci illərdə Kaliforniya Demokratlar Partiyasının idarə heyətinin üzvü, 2014-2015-ci illərdə Fauntin Valli şəhərinin planlaşdırma komitəsinin 5 üzvündən biri olub. Hazırda Nyu Cersi ştatının Hakensak şəhərinin planlaşdırma komitəsinin üzvüdür. 2013-2015-ci illərdə həm də "Türk Amerkan Cəmiyəti"ndə təmsil olunub. 

2012-ci ildən "Amerikanın Acərbaycan Cəmiyyəti"nin icraçı direktorudur…

…Həyat yoldaşı azərbaycanlıdır. İki qızları var, biri 16, o birisi isə 2 yaşındadır. Hər ikisi ana dilində sərbəst danışır. Böyük qızı Aydan istedadlı yeniyetmədir, yaxşı rəsmlər çəkir. Fransada Luvr muzeyində keçirilən "ART Şou"da Əsmər Nərmanbəyovaya ayrılan hissədə Aydanın da rəsmləri sərgilənib…

…Amerika siyasətinin nümayəndələri və bəzi konqresmenlərlə dostluq edir. Deyir ki, "Amerkalıların belə bir kəlamı var - "Əgər bu ölkədə yaşayırsansa, sən bu ölkənin yaxşı vətəndaşı olmalısan"…

İllər ötəcək, bəlkə də ABŞ Konqresində bir azərbaycanlı kimi təmsil olunan ilk konqresmen o, olacaq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55