Arxiv
25 Yanvar 2019, 09:05 | DİASPOR
Amerikadakı işlərinə görə ona ehtiram düşür - Floridada yaşayan azərbaycanlı...  

Xalq içində belə bir deyim var - "od parçasıdır". Bu ifadə zirək, heçdən nəsə yarada bilən insanlar haqqında söhbət düşəndə daha çox işlədilir. Haqqında danışacağım Esmira Bayramova da sanki, bir "od parçasıdır". İndiyədək həyata keçirdiyi layihələrin mahiyyətinə varanda heyrətdən gözlərim yaşardı…

O, 1987-ci ildə Borçalı mahalında dünyaya gəlib. Üç yaşında olarkən Bakıya köçüblər. 2005-ci ildə 162 nömrəli məktəbdə orta təhsilini başa vurub, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunub. 2009-cu ildə oranı bitirərək bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "Beynəlxalq biznesin idarə edilməsi" (MBA) fakultəsində davam etdirib, 2011-ci ildə beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb. 
Eyni zamanda, 2009-cu ildən 2011-ci ilədək Bakı Britaniya, 2011-2013-cü illərdə Bakı Oksford məktəblərində coğrafiya və biznes fənlərini tədris edib. 

2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kursu keçərək, coğrafiya və tarix fənləri və bir il sonra isə İngiltərəyə gedərək online təhsil aldığı Kembric Universitetində imtahanları uğurla verib, biznesin tədrisi üçün müəllimlik sertifikatları alıb. 2013-cü ildə ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinə köçüblər…

…Həyat yoldaşı Elşən Bayramovla 2012-ci ildə ailə qurub. İki övladları var. Oğlu Elmirin 5, qızı Emanın 2 yaşı var. Elmir azərbaycan dilində sərbəst danışa bilir. Elşən Bayramov ağır texnikaların satışı ilə məşğul olan şirkətlərin birində satış mütəxəsisi işləyir…

Oğlu körpə olduğundan bir il heç yerdə işləməyib. 2014-cü ildə Florida ştatının Mayami şəhərinə köçənədək Çikaqoda "İlkin Tədris Akademiyası"nda məktəbəqədər hazırlıq bölməsində müəllim işləyib...

2015-ci ildə Florida ştatının dövlət imtahanlarını verərək, daşınmaz əmlak üzrə mütəxəsis işləmək hüququ qazanıb. Elə həmin vaxtdan da Mayami şəhərində dünya şöhrətli "RE-MAX" şirkətində daşınmaz əmlak üzrə mütəxəsis vəzifəsində çalışır…

Yaşının az olmasına baxmayaraq, Azərbaycanla bağlı çox işlər görüb. 2015-ci ildə Facebook-da "Florida azəzrbaycanlıları" qrupu yaradaraq, həmin ştatda yaşayan soydaşlarımızı bir araya gətirməyə başlayıb. Onları birləşdirməkdən ötrü cəhdləri uğurla nəticələnib. Bir qədər sonra, ictimai əsaslarla "Florida-Azərbaycan Cəmiyyəti"ni yaradaraq müxtəlif tədbirlər keçirməyə başlayıb. Ətrafına həmfikirlərini yığandan sonra, rəsmi müraciət edərək "Florida azərbaycanlıları" təşkilatını təsis edib. Bu təşkilat milli və rəsmi bayramlarımızda, özəl günlərdə bir sıra tədbirin keçiriləməsinə nail olub…

…2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərməkdən ötrü "GoFundMe" yardım fondu yaradaraq digər soydaşlarımızın köməyi ilə xeyli pul toplayır və yığılan maddi vəsaitlə həm cənazəni yola salırlar, həm də mərhumun ailəsinə yardım edirlər. Hətta bəzi soydaşlarımız bu dəstək kampaniyasının davamı olaraq həmin ailəyə fərdi yardımlar  edib…

Öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü yerdə müxtəlif kurslar açıb. Burada fəaliyyət göstərən rəqs kursları məşqçisinin məvacibini ödəməkdən ötrü ödənişli olsa da, Azərbaycan dili kursları tamamilə ödənişsizdir. Bu kursu şəxsən özü aparır, azərbaycanlı fidanlara ana dilimizi öyrədir. Amma kurslara az uşağın qatılmağından şikayət edir. Bir çox rus dilli azərbaycanlı valideynlər uşaqlarının ana dilimizi öyrənməsində maraqlı deyillər…

Esmira Bayramova: "Bir azərbaycanlı rəfiqəm var, 20 ildən çoxdur ki, ABŞ-da, Çikaqo şəhərində yaşayır. Bu yaxınlarda uşaqları ilə bərabər Mayamiyə istirahətə gəlmişdilər. Onun ABŞ-da anadan olmuş 17 yaşlı oğlu gözləmədiyim halda mənimlə türkcə danışmağa başladı. Çox təəccübləndim, çünki bu uşağı sönuncu dəfə mən görəndə 12 yaşı var idi. Yalnız ingiliscə danışırdı. Heyrətlə soruşdum, necə oldu ki, sən qısa müddətdə türk dilini belə mükəmməl öyrənə bildin və niyə Azərbaycan türkcəsində deyil, Türkiyə türkcəsində danışırsan? Bu azərbaycanlı uşağın cavabından çox təsirləndim və məni düşünməyə vadar etdi. O, dedi ki, "Türk dilini ona görə seçdim ki, indiyədək gördüyüm azərbaycanlılar məni buna vadar elədi. Azərbaycanlılar qədər öz dilinə hörmətsiz yanaşan millət yoxdur. Bir araya gələndə rusca danışmağa başlayırlar. Sanki ana dilində danışmağa utanırlar. Ona görə Azərbaycan dilini öyrənmək üçün həvəsdən düşdüm. Dil insanın kimliyidir, əgər sən öz ana dilində danışmağı bacarmırsansa, kimliyin də naməlumdur. Amma türklər belə deyil, harada yaşasalar da, öz ana dilini qoruyurlar. Bu dildə danışmaqdan qürur duyurlar. Uşaqları bu dili mükəmməl bilsinlər deyə, Çikaqoda pulsuz dil kursları açıblar. Düşündüm ki, türk dilini tez öyrənmək şansım var. Və mən həmin kurslardan birinə gedib, çox rahatlıqla bu dili öyrəndim""…

Bəli, Esmira xanımın ürəyi Azərbaycanla döyünür. Keçirdiyi tədbirlərə görə ona təkcə "sağ ol" yox, həm də ehtiram düşür. Bəzən biz dəyər verə bilmədiyimiz soydaşlarımıza bizdən irəlidə olan ölkələrin insnları yüksək qiymət verir…

Söhbətimi bitirmzdən öncə Esmira Bayramovanın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin birində iştirak edən, azərbaycanlıların daha sıx məskunlaşdığı Floridanın Sunny isles beach şəhərinin vitse-meri Danna Goldman xanımın sözlərini nəzərinizə çatdırmaq istəyirəm-"Şəhərimiz fərqli mədəniyyətlərin qovuşduğu bir yerdir və bu mədəniyyətlərin arasında Azərbaycan mədəniyyətinin də yeri var. Öz milli kimliyinizi, adət və ənənələrinizi bu rəngarəng mədəniyyətlərin arasında çox gözəl qoruyub saxlaya bilmisiz. Burada masaların üstündə ölkənizin bayraqlarını görürəm. Bu məni çox sevindirir. Sizə təşəkkür edirəm"…

...Bütün bunlar Esmira xanımın gördüyü işlərin bir hissəsidir. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Həmin gün "Xocalı Amerikada yaşayan uşaqların gözü ilə" adlı tədbir keçirməyi planlaşdırır. İnanırıq ki, bu tədbir də Amerikanın azərbaycanlı uşaqlarının yaddaşında böyük iz buraxacaq…

Söhbətimin əvvəlində onu "od parçası" adlandırmışdım. Bəlkə də o, bir zamanlar Gürcüstan Ali Sovetinin deputatı olmuş, ata nənəsi Güləsər Mustafayevaya çəkib. O vaxtlar Güləsər xanım qonşu ölkədə yaşayan azərbaycanlıları təmsil edib. Bəli, bu gün Esmira Bayramova nənəsinin müqəddəs missiyasını uzaq Florida ştatında ləyaqətlə davam etdirir…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55