Modern.az

Binəqədidə təhsil mərkəzində yanğın olub

Binəqədidə təhsil mərkəzində yanğın olub

Aktual

25 Yanvar 2019, 19:04

Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli mansarda tipli binada yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatına görə, binanın (1-ci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

 

Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi