Arxiv
27 Yanvar 2019, 09:49 | DİASPOR
İstedadına güvənib ABŞ-a pənah gətirən azərbaycanlı...  

Biz ona ad qoymuşuq - İstedad! O isə əslində, Tanrının sevdiyi bəndələrindən əsirgəmədiyi ilahi ərmağandır. Bütün sədləri aşıb keçir, məkan tanımadan sahibinə baş ucalığı, şöhrət gətirir. Bəli, istedadlı insanlar harada yaşasalar da, orada gec-tez uğurlara imza atırlar. Və bu istedad körpə olanda, necə deyərlər, ipə-sapa yatmayanda, daha parlaq, daha saf olur…

Haqqında söhbət açdığım Elmar Bayramov da parlaq istedadlı gənclərdəndir. Cəmi iki ildir ki ABŞ-da yaşayır.

O, 1986-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. 2004-cü ildə həmin şəhərdəki 4 nömrəli Humanitar təmayüllü məktəb-litseyi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin biblioqrafiya və informasiya fakültəsində ali təhsil alıb. Bununla yanaşı, 2006-2015-cu illərdə idmanın Kapoeyra növü üzrə məşqlər keçib. 2013-cü ildən 2015-ci ilədək Respublika Kapoeyra Federasiyasının prezidenti olub. İstedadı onu rahat buraxmayıb, 2013-cü ildə ilk dəfə "Ekoloji missiya" adlı sosial videoçarx hazırlayaraq, tamaşaçıların ixtiyarına verib. Ardınca "Ramazan" adlı videoçarx çəkib. Burada o, 2015-ci ilin ramazan ayında keçirilən Avropa oyunlarında idmançıların oruc tuta-tuta yarışlara qatılmağının fəsadlarından söhbət açıb…

"Məryəm" adlı sosial videoçarx çəkərək, “Azadlıq” metrostansiyasının yaxınlığında od tutub yanan binada baş verən hadisələrin acı nəticələrini tamaşaçıların diqqətinə çatdırmağa çalışıb. Sosial şəbəkəyə yerləşdirilən bu videoçarxın bir gün ərzində milyondan çox tamaşaçı baxışı olub. Bundan həvəslənən qəhrəmanım müxtəlif mövzularda "Kəmər", "Oxu", "Mübarizə" adlı qısametrajlı sosial filmlər çəkib. 2016-cı ildə kommersiya xidmətləri məqsədi ilə "Black Garden Company" MMC-ni yaradıb və müxtəlif reklam, klip, film layihələrini həyata keçirib.

Bir neçə bədii filmdə döyüş səhnələrinə quruluş verib. 2016-cı ilin sonunda "Don Marleoni" filminin istehsalına başlayıb. Bu filmlə o, Azərbaycan film tarixinə yeni nəfəs gətirib. 2017-ci ildə filmin təqdimatından sonra, Amerika Birləşmiş Ştatlarına gəlib. İlk vaxtlar Corciya şatatının Atlanta şəhərində fəaliyyət göstərən "Brobart production" media studiyasında çalışıb. Bir neçə aydan sonra Texas ştatının Hyuston şəhərinə gedib. Orada xüsusi kurslara qatılaraq, videolayihələrin onlayn satış proqramının prinsiplərini öyrənib. 2018-ci ildən Nyu Yorka gəlib, burada 1 il kino təşkilatçılığı və film sahəsində komersiyasının sirlərini tədris edən “Friends in film” kursunda təhsil alıb. Kursun tələblərinə əsasən qəhramanımız film festivallarında işləməli idi və buna görə də "Havana" və "Americans" film festivallarında ssenarist və rejissorların bələdçisi vəzifəsində təcrübəyə başlayıb. Kursun tələblərinə görə növbəti mərhələdə Elmar öz filimini çəkərək, festivallara qatılmalı idi. 2018-ci ilin iyul ayından “Oops” filminin hazırlıq işlərinə başlayır, qısametrajlı film sentyabr ayının sonlarıda bitir. Film ilk olaraq "Cinemax" və "Warner Bros" kimi nəhəng film şirkətlərinin dəstəyi ilə təşkil olunmuş “Urban Action Show Case International' festivalında iştirakçı olur və “Ən yaxşı döyüş filmi” nominasiyasının qalibi elan edilir...


Arzuları böyükdür, qarşıda onu növbəti addımlar gözləyir. "Netflix", "Amazon" "Plutofilms", "Hulu"- bunlar ABŞ-ın film istehsal edən ən böyük şirkətlərindəndirlər. Bu şirkətlərdən hər hansı biri ilə əməkdaşlıq üçün bir neçə müsabiqənin qalibi olmalısan. Elmar Bayramov artıq bir müsabiqənin qalibi olub. İnanırıq ki, bu təmkinli, gülərüz, istedadlı soydaşımızın səsi tezliklə bu şirkətlərdən birindən gələcək…

…Ömür-gün yoldaşı Könül Kəngərli məşhur azərbaycanlı rəssam Bəhruz Kəngərlinin nəslindəndir. Rəssamdır, əsərləri ABŞ-da çox baha qiymətlə satılır…

…Elmar imtahanları uğurla verərək City University of New York Brooklyn kollecinə qəbul olunub. Dörd il buranın film fakültəsində təhsil alacaq…

“Niyə vətəndə qalmadın, Amerikaya gəldin” sualıma, belə cavab verdi: "Mən gördüm ki, son vaxtlar mahiyyətsiz, şit kinokomediyaların sifarişi daha çoxalıb. Düşündüm ki, buna zaman sərf etməkdənsə, istedadımı daha böyük işlərə həsr edim"…

“Bəs ABŞ-a can atan azərbaycanlı gənclərə tövsiyən nədir?”- soruşanda onun savabı belə oldu: "Əgər hər hansı bir ciddi məqsədləri yoxdursa, buraya gəlmək lüzümsuzdur. Gəlib burada taksi sürəcəklərsə və ya hər hansı bir adi işdə çalışacaqlarsa vətəndə qalıb, həmin işlərlə məşğul olsalar daha faydalıdır. Vəhşi kapitalizmin tələbləri çox ağırdır. Burada təhsil almadan çətinliklərə sinə gərmək insandan dözüm, iradə, güc tələb edir"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55