Modern.az

Deputatın İsveçrədə dünyasını dəyişən oğlu dəfn edildi

Deputatın İsveçrədə dünyasını dəyişən oğlu dəfn edildi

Aktual

27 Yanvar 2019, 13:37

 Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.

Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.

Bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minib, bu zaman onun qan təzyiqi qalxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, E.Qasımov dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi