Modern.az

Abşeronda maşınları qarət edən gənc saxlanılıb

Abşeronda maşınları qarət edən gənc saxlanılıb

Aktual

27 Yanvar 2019, 16:55

Abşeron rayonu ərazisində maşınları qarət edən gənc oğlan saxlanılıb.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, Abşeron Rayon Polis İdarəsi (RİP) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı, rayon ərazisində xeyli avtomobilin yan şüşələrini qıraraq oğurluq edən Elsəvər Mirzəyev tutulub.

Araşdırma zamanı onun, əsasən axşam saatlarında avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, mobil telefon və digər əşyalar oğurladığı məlum olub.

Faktla bağlı Abşeron RİP-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Daha əvvəl Abşeronda avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi