Arxiv
28 Yanvar 2019, 08:42 | DİASPOR
Amerikanın Azərbaycan sevdası ilə yaşayan yəhudi şairi  

Köhnə kişilərə xas olan əzəməti, onda da gördüm. O qədər mehriban, istiqanlı idi ki, bircə dəfə də olsun sözünü kəsməyə qüdrətim çatmadı. Ağsaqqal düşüncəsi, ağayana kəlmələri ilə məni məftun etmişdi. Səsinin ahəngi sanki bir həzin musiqi kimi ruhumu sehirləmişdi. Bütün gəncliyini dağ kəndlərində keçirdiyindən dağ saflığı hələ də onu tərk etməmişdi. O qədər doğma görünürdü ki, elə bil onu çoxdan, lap çoxdan tanıyırdım…

Haqqında söhbət açdığım Raşbil Şamayev milliyətcə dağ yəhudisi olsa da, Azərbaycanımızın təbliği yolunda xeyli əziyyətə qatlaşıb, zəhmət çəkib...

O, 1935-ci ildə Quba rayonunda, Qırmızı qəsəbədə dünyaya gəlib. 1953-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Xarici Dillər İnstitutuna qəbul olunub. 1957-ci ildə oranı bitirərək az müddət Dəvəçidə müəllim işləyib. Sonra üç ilə yaxın əsgəri xidmətdə olub. Vətənə dönəndən sonra, əvvəlcə Dəvəçi, sonradan isə Quba rayonlarında çalışıb. Müəllimlikdən dərs hissə müdiri vəzifəsinədək yüksəlib. 1975-ci ildə Azərbaycan Maarif Nazirliyi müəllimlik fəaliyyətini nəzərə alaraq, ona “Qabaqcil Maarif Xadımı” fəxri adını verib. 2009-cu ildən "Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü" adına və diplomuna layiq görülüb…

1995-ci ildən ABŞ-ın Nyu York ştatının Bruklin şəhərində yaşayır. O, burada fəaliyyət göstərən "Qafqaz Yahudiləri Cəmiyyəti"nin ağsaqqallar şurasının sədridir…

Amerikaya gəlməzdən öncə Nizami Gəncəvinin, Ömər Xəyyamın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeir və poemalarından ibarət, öz doğma dilində kitab nəşr etdirib. Dövri mətbuatda tez-tez şeirləri ilə oxucularının görüşünə gəlib. Ümumiyyətlə, dörd kitabı işıq üzü görüb- "Yeni bəhrələr gətirdi", "Həyat nağıldır", "Hər ağacdan bir budaq" və "Səndən uzaq yaşasam da"...

Əlimə sonuncu şeirlər kitabı düşmüşdü. Bu kitab Azərbaycan sevgisi, vətən həsrəti ilə yazılmış əsərlərdən ibarətdir. Adam bu şeirləri oxuduqca, özünə də doğma olan, bu həsrəti qəlbində yaşadan şairi bağrına basmaq istəyir…

Vətən həsrəti bir an belə onu rahat buraxmayıb. Təmsil olunduğu təşkilatın xətti ilə Nyu Yorkda Azərbaycan naminə xeyli işlər görüb. Rəsmi və milli bayramlarımızda Tomris Azərinin rəhbərlik etdiyi "Azərbaycan Amerika Cəmiyyəti" ilə birlikdə müxtəlif tədbirlər həyata keçirib. Sonuncu tədbirləri 31 dekabr Dünya Azərbaycanlılarıın Həmrəyliyi gününə həsr olunub…

2003-cü ildə təsis olunan "Noviy Rubej" (www.newfront.us) adlı qəzetdə rus, yəhudi, Azərbaycan, ingilis dillərində yazıları ilə Azərbaycanı tərənnüm edir…

…Ömür-gün yoldaşı Brilliant xanımla birlikdə beş övlad böyüdüblər. Övladlarından biri 2015-ci ildə, 52 yaşında vəfat edib. Bir qızı, bir oğlu onunla eyni şəhərdə yaşayır. Oğlu metroda mexanik, qızı isə şirkətlərin birində mühasib vəzifəsində çalışır. Ondan ayrılarkən mətbuat üçün ailəvi şəkilini istədim. Üzr istəyib dedi ki, oğlu dünyasını dəyişəndən sonra ailəvi şəkillərinin heç birini üzə çıxarmır…

Bəli, uzaq Amerikanın Nyu York ştatında ömrünün 84-cü ilini yaşayan bir ağsaqqal şair var. Gedəndə özüylə apardığı Azərbaycan sevgisini hələ də ürəyində yaşadır. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıb, "Səndən uzaq yaşasam da" şeirindən bir bəndi sizinıə bölüşərək söhbətimi yekunlaşdırıram:

Azərbaycan torpağının səxavətli balasısan,
Könülləri şadlandıran övladların anasısan,
Ürəyimin guşəsində həmişəlik qalasısan,
Sizdən uzaq yaşasam da düşünürəm sizi hər an,
Gözəl Bakı- məhəbbətim Azərbaycan, Azərbaycan!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55