Arxiv
28 Yanvar 2019, 13:06 | DİASPOR
“Ukrayna Azərbaycanlıları Radası” yaradılır

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Kiyevdə toplantısı keçirilib.  

 

Modern.az-ın məlumatına görə, görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr aparılıb.

 

Təşkilat rəhbərləri, diaspor fəalları, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli deyib ki, toplantının məqsədi “Ukrayna Azərbaycanlıları Radası”nı yaratmaq və təşkilatların birgə fəaliyyətinin təmin etmək üçün razılığın əldə olunmasıdır. Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun artıq bu istiqamətdə işlərini yekunlaşdırdığını bildirən D.Rəcəbli bugünkü toplantının nəticəsinə uyğun olaraq yaxın vaxtlarda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayının keçiriləcəyini vuğrulayıb.

 

 

Tədbirdə iştirak edən Ukraynada prezidentliyə namizəd Roman Nəsirov bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətə razılıq verməsinin təqdirəlayiq olduğunu deyib və bu istiqamətdə hər kəsə uğurlar arzulayib.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi, daha səmərəli və faydalı nəticələr verə bilər.

 

Daha sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin çıxış edərək diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd ediblər. Təşkilatların bir çətir altında birləşməsi Ukraynadakı Azərbaycan diasporunun inkişaf etməsi, daha səmərəli mexanizmlərin işlənib hazırlanması,  diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşması və digər aspektlərdən əhəmiyyəti vurğulanıb.

 

Toplantıda çıxış edən Ukrayna Respublikasının xalq artisti Qurban Abbasov iştirakçıların diqqətini Azərbaycan mədəniyyətinin təbliğinə yönəldərək, bu sahədə də birgə fəaliyyətin səmərəli olacağını deyib.

 

İclasın yekununda iştirakçılar “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və yaxın vaxtlarda təsis qurultayının keçirilməsi barədə razılığa gəlib. Sonra Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun üzvü, hüquqşünas Eduard Bağırov “Ukrayna Azərbaycanlıları Radası”nın nizamnaməsini və üzv təşkilatlar arasında imzalanacaq memorandumun mətninin son variantını iştirakçıların diqqətinə təqdim edib. Müzakirələrdən sonra iştirakçılar qeyd edilən əlavə və dəyişikliklərlə bu sənədlərin qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

 

Müzakirələrdən sonra tədbir bədii hissə ilə davam edib.

 

Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə 17-19 iyul 2018-ci il tarixdə səfəri zamanı, birgə fəaliyyət barədə qərar qəbul ediblər. 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55