Arxiv
28 Yanvar 2019, 16:56 | ƏDƏBİYYAT
Həqiqəti tapmaq yolu: Xoca Əhməd Yəsəvidən Yunus İmrəyə - II YAZI

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

 

Əlbəttə, təriqət sahibləri dərvişlik etmiş el-obanı gəzib  dolaşmaqla  öz  məqsədlərinə  çatmış,  mövlam,  sahibim, havadarım, yiyəm deyə Allahın mömin qulları kimi bir-birinin haqq səsinə səs vermişlər. Bunu Yunus İmrənin təriqət görüşlərində də görmək mümkündür. Yunus İmrə yazır:

 

Dərvüş Yunus! Ərafata vararsam,

Üzüm qaraların orda görərsəm,

 

Dəftərimi sol əlimə alarsam,

Hayıf mənə, yazıq mənə, vay mənə.

 

Başqa bir misal:

Mən dərvişəm deyənə

Bir ün edəsim gəlir

Tanıyıban şimdidən

Varıb yetəsim gəlir.

 

Yaxud:

Dərviş Yunus bu sözü

Əyri-üyrü söyləmə

Səni siğəyə çəkər

Bir Molla Qasım gəlir.

 

Heç də təsadüfi deyildir ki, Yunus İmrə “Çağırıram, Mevlam səni...” deməklə Allahın böyüklüyü qarşısında etiraf etmişdir.

 

Dağlar ilə, daşlar ilə

Çağırıram, Mevlam səni...

Səhərlərdə quşlar ilə

Çağırıram, Mevlam səni...

 

Su dibində mahi ilə,

Səhralarda ahu ilə,

Abdal olub “ya hu” ilə

Çağırıram, Mevlam səni...

 

Göy üzündə İsa ilə,

Tur dağında Musa ilə,

Əlimdəki əsa ilə

Çağırıram, Mevlam səni...

 

Dərdi öküş Eyyub ilə,

Gözü yaşlı Yaqub ilə

Ol Məhəmməd məhbub ilə

Çağırıram, Mevlam səni...

 

Həmdü şükrü lillah ilə,

Vəsfi küllhüvəllahilə,

Açıq baş, yalın ayaq ilə,

Çağırıram, Mevlam səni...

 

Yunus oxur dillər ilə,

O qumru, bülbüllər ilə,

Haqqı sevən qullar ilə,

Çağırıram, Mevlam səni...

 

Yunus İmrəyə görə, qurulan, yaranan, bitən, tikilən hər bir şey “Allah deyə-deyə” var olur.

 

Diqqət yetirək:

 

Şol cənnətin irmaqları

Axar Allah deyə-deyə

 Çıxmış islam bülbülləri

Ötər Allah deyə-deyə.

 

SalınırTubadalları,

Quranoxurhəmdilləri,

Cənnət bağının gülləri,

Qoxar Allah deyə-deyə.

 

Kimlər yeyib, kimlər içər,

Həm mələklər zəhmət saçar,

İdris Nəbi hüllə biçər,

Tikər Allah deyə-deyə.

 

Həp nurdandır dirəkləri,

Gümüşdəndir yarpaqları,

Uzandıqca budaqları,

Bitər Allah deyə-deyə.

 

Aydan arıdır üzləri,

Şəkərdən dadlı sözləri,

Cənnətdə huri qızları,

Gəzər Allah deyə-deyə.

 

Təriqət sahiblərində İlahi eşq hər bir şeyi üstələyən eşq olmuşdur. Onların bir gözələ də, bütün aləmə, varlığa  da  olan  məhəbbəti  İlahi  eşqin  tələbləri  ilə  bağlıdır. İlahi eşqdə Allahın qulu olan hər bir kəs Allahı sevə-sevə təmizlənir, haqqın xəbərini sora-sora bütün dostların, tanışların könüllərinə Allaha olan sevgini paylayır. Bu mənada Əhməd Yəsəvi “bana sen gereksin sen” deyəndə  də  İlahi  eşqin  tələbləri  baxımından  gərəkli  olan “sən”i nəzərdə tutur. Həmin “sən” adi “sən” deyil, Əhməd Yəsəvinin ömrü boyu axtardıqlarını tapdığı “sən”dir. Həmin “sən” həm daxilən, həm də zahirən Allahın qulunun (Əhməd Yəsəvinin) təriqətinə Allah yolunda sadiq olan “sən”dir. Həmin “sən”lə Əhməd Yəsəvi rahatlıq tapır, həmin “sən” Əhməd Yəsəvi üçün dünyadır, aləmdir, hər şeydir. O yazır:

 

İşkıng kıldı şeyda mini cümle alem bildi mini

Kayğum sin sin tüni küni minge sin ok kirek sin

 

Taalallahzihimanisinyarattıngcismücannı

Kullıkkılsamtünikünimingesinokkireksin

 

Közümaçdımsinikördümkülköngülnisingebirdim

Uruğlarımterkinkıldımmingesinokkireksin

 

Sözlesemmintilimdesinközlesemminközümdesin

Könglümdehemcanımdasinmingesinokkireksin

 

Fedabolsunsingecanımtökerbolsangminimkanım

Minkulıngminsinsultanımmingesinokkireksin

 

Alimlergekitabkireksufilergemescidkirek

MecnunlarğaLeylakirekmingesinokkireksin

 

Ğafillergedünyakirekakillergeukbakirek

Vaizlergeminberkirekmingesinokkireksin

 

Alembarıuçmakbolsacümlehurlarkarşukilse

Allahmingeruzikılsamingesinokkireksin

 

Uçmahkiremcevlankılamnehurlarğanazarkılam

Anımunıminnekılammingesinokkireksin

 

HaceAhmeddürminimatımtüniküniyanaratım

İkicihandaümidimmingesinokkireksin

 

Eyni əqidə və düşüncə tərzi ilə Yunus İmrə “Mənə səni gərək, səni” deyir. Hər ikisində (Əhməd Yəsəvidə və Yunus İmrədə) duyum və deyim tərzi, eyni zamanda dərketmə və obyektə yanaşma prinsipləri, demək olar ki, eynidir. Fərq birinin Əhməd Yəsəvi, digərinin isə Yunus İmrə olmasıdır. Yunus İmrə yazır:

 

Eşqinaldıməndənməni

Mənəsənigərək, səni.

Mən yanaram dünü günü

Mənə səni gərək, səni.

 

Nəvarlığasevinirəm

Nə yoxluğa yerinirəm

Eşqin ilə ovunuram

Mənə səni gərək, səni.

 

Eşqin aşiqlər öldürür

Eşq dənizinə daldırır

Təcəlli ilə doldurur

Mənə səni gərək, səni.

 

Eşqin şərabından içəm

Məcnun olub dağa düşəm

Sənsən dünü gün əndişəm

Mənə səni gərək, səni.

 

Sufilərə söhbət gərək

Zahidlərə cənnət gərək

Məcnunlara Leyla gərək

Mənə səni gərək, səni.

 

Əgər məni öldürələr,

Külüm göyə sovuralar,

 Torpağım ordan çağırar

Mənə səni gərək, səni.

 

Yunusdurur mənim adım

Günü günü artar dərdim.

İki cahanda məqsudum

Mənə səni gərək, səni.

 

Təriqət sahibləri həqiqət axtarışında yorulanda dosta üz tutublar. Belə məqamlarda Əhməd Yəsəvi dostlarına (məsləkdaşlarına) müraciət edib. Yunus İmrəni müqayisəyə cəlb etsək görərik ki, o, “Gəl dosta gedəlim, könül” deyibdir. Əhməd Yəsəvi Allahın qərarlı olmasını, həqiqəti  sevən   bəndələrindən   razı  olmasını,   Allahın hökmü ilə havalanıb uçduğunu bəyan edir.

 

Uşbucanbizlerbilenbirniçeyıllarbaridi

HakTaalahükmibirlenazmitedürdostlarım

 

Emr-iHakkabarçahalk-ıaleminboldırıza

 Olhakikatbendelerdayimrızadurdostlarım

 

KulHaceAhmedtutisipervazitedüruçkeli

Neylesünmiskinkimolhükm-iHudadurdostlarım

 

Yuxarıda qeyd etdiyimiz kimi, Yunus İmrə bir az fərqli şəkildə dostlarına üz tutur və “gəl dosta gedəlim, könül” deyir. Əslində tamamilə bir-biri ilə tən olan, inam və güvənc yeri olan dostlarına onların hər ikisini həqiqət bağlayır. O həqiqət ki, onu dərkedənlər bir yolun yolçusu olmaqla min cür əzab-əziyyətə dözərək həmin yolu qət edirlər. Bu yola çoxlarını qoşurlar və onlarla dostlaşırlar. Bu cür dostluqla, birliklə Allahın sevimlisinə çevrilirlər. Könüldən-könülə yollar çəkirlər.

Həmin yol əqidə yoludur, məslək yoludur, həqiqət yoludur. Bu yolların hamısına yol açan var. Yol fəth edənlərə yol açan isə Allah özüdür. Bütün yollar Allahın yolunda birləşir. Hər şey onun naminədir və ona xidmət etmək üçündür. Bu mənada “gəl dosta gedəlim, könül” deyən Yunus İmrənin yolu da belədir. Onun poetik “mən”inin xidmət dairəsi də belədir. Yunus İmrə yazır:

 

Bir nəzərdə qalmayalım

Gəl dosta gedəlim, könül.

Həsrət ilə ölməyəlim

Gəl dosta gedəlim, könül.

 

Gəl gedəlim can durmadan

Surət tərkini urmadan

Araya düşmən girmədən

Gəl dosta gedəlim, könül.

 

Tərk edəlim elü şəri

Dost üçün qılalım zarı

Ələ gətirəlim yarı

Gəl dosta gedəlim, könül.

 

Qulavuz olgil sən mənə

Yönələlim dostdan yana

Baxmayalım öndən sona

Gəl dosta gedəlim, könül.

 

Ölüm xəbəri gəlmədən

Əcəl yaxamız almadan

Əzrayıl həmlə qılmadan

Gəl dosta gedəlim, könül.

 

Gerçək İrəmə varalım

Haqqın xəbərin soralım

Yunus İmrəni alalım

Gəl dosta gedəlim, könül.

 

Əhməd Yəsəvidəki və Yunus İmrədəki eyni düşüncə tərzinin müxtəlif ifadə formaları özünün təsdiqini tapır. Necə olur ki, hər iki təriqət adamı eyni cür düşünür? Birincisi, hər ikisi eyni yaddaşdan, eyni mənbədən və genetik düşüncə tərzindən qaynaqlanır. İkincisi, hər ikisi təriqət  əhli  olmaqla  haqqı,  ədaləti,  həqiqəti  axtarır. Üçüncüsü, hər ikisi Allahın qulu olmaqla ona itaət edir, onun əmrlərinə tabe olur. Bu cür yaxınlıqlar və digərləri hər ikisində müşahidə olunan ortaq cəhətlərlə diqqəti cəlb edir. Düşüncə tərzində ortaq olan cəhətlərdən biri də Əhməd Yəsəvinin aşağıdakı hikmətlərində öz təsdiqini tapır.

 

Hak yolığakirgenler Allah tiyü yorgenler

İrenler izin izlep memalikdin kiçmişler

 

Dünya mening digenler cihan malın alğanlar

Kerges kuşdik boluban ol haramğa batmışlar

 

Tatlığ tatlığ yigenler türlüg türlüg kiygenler

Altun taht olturgenler tofrak astın kalmışlar

 

Əhməd Yəsəvinin “Dünya benim diyenler” barəsində söylədiyi hikmətlər Yunus İmrədə ayrı bir formada, üslubda və poetik biçimdə, əslində isə eyni məzmuna, ideyaya xidmət etməklə səslənir. Bu mənada Yunus İmrə yazır:


Biz dünyadan gedər olduq

Qalanlara səlam olsun.

Bizim üçün xeyir dua

Qılanlara səlam olsun.

 

Əcəl bükə belimizi

Söylətməyə dilimizi

Xəstə ikən halımızı

Soranlara səlam olsun.

 

Tənim ortaya açıla

Yaxasız kömlək biçilə

Bizi bir asan vəch ilə

Yuyanlarasəlamolsun.

 

Sal verilən qəsdimizə

Gedər olduq dostumuza

Namaz üçün üstümüzə

Duranlara səlam olsun.

 

Dərviş Yunus söylər sözü

Yaş dolmuşdur iki gözü

Bilməyən nə bilsin bizi

Bilənlərə səlam olsun.

 

DAVAMI VAR...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft yenidən ucuzlaşdı 13 İyul 2020, 09:40 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 13 İyul 2020, 09:34 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:28 Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir 13 İyul 2020, 09:22 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:16 Bakıda sex yandı, yaralanan var 13 İyul 2020, 09:10 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14