Modern.az

MDB-də malların mənşə ölkəsinin təyini ilə bağlı protokol təsdiqləndi

MDB-də malların mənşə ölkəsinin təyini ilə bağlı protokol təsdiqləndi

Aktual

28 Yanvar 2019, 18:12

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, fərmana əsasən Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2017-ci il noyabrın 3-də Daşkənd şəhərində Azərbaycan hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib. 

 

Bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməli, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi