Arxiv
29 Yanvar 2019, 08:52 | DİASPOR
Uzaq Amerikada Azərbaycanı yaşadan alim...

Qəribliyin nə olduğunu erkən gəncliyindən yaxşı bilir. İlk dəfə Leninqradda (indiki Sankt Peterburq) tələbə olarkən, indi də Amerikada. Amma o, yaşadığı ölkələrdə qarşılaşdığı çətinliklərə sinə gərə bilib, qürbətdə özünə bir vətən yaradıb - balaca Azərbaycan. Yaratdığı bu balaca Azərbaycanda həm özü yaşayır, həm də onu uzaq Amerikada yaşada bilir…

Haqqında söhbət açdığım Zərifə Musayeva Sabirabad rayonunda dünyaya gəlib. Körpə ikən Bakıya köçüblər. 1984-cü ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1985-1990-cı illərdə Leninqrad Dövlət Universitetinin Fəlsəfə fakültəsində ali təhsil alıb. Vətənə dönərək 1992-ci ilədək İnşaat Mühəndisləri İnstitunda siyasi elmlərdən dərs deyib. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, 1996-ci ildən 2007-ci ilin sonunadək Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb. 1998-ci ildən fəlsəfə elmləri namizədidir.

2004-2005-ci illərdə Amerikada Junior Faculty Development Program (JFDP) çərçivəsində 1 illik təcrübə keçib.

2008-ci ildə ABŞ-a ikinci dəfə gəlir. Fəlsəfə elmindən alimlik dərəcəsi olsa da, bir il Şimali Kolarado Universitetində təhsil alaraq, gerontologiya üzrə magistr elmi dərəcəsinə yiyələnir. 2009-cu ildə Kaliforniya ştatına, işləməyə dəvət alıb. Elə o vaxtdan da bu ştatın San Xose şəhərində yaşayır. 2009-2013-cü illərdə yaşlılar üçün günboyu qayğı mərkəzində sosial işçi kimi fəaliyyət göstərib. 2012-2015-ci illərdə San Xose Dövlət Universitetində təhsil alaraq sosial işlər üzrə ikinci magistr dərəcəsinə yiyələnib. 2015-2018-ci illərdə yenidən yaşlılara qayğı ilə əlaqədar işdə çalışıb. 2018-ci ildən Santa Clara Family Health Plan dövlət tibbi sığorta idarəsində sosial işçi vəzifəsində işləyir…


…Ömür-gün yoldaşı Elsevər Musayev Naxçıvan şəhərində doğulub, boya-başa çatıb. Onunla Sankt Peterburq şəhərində tələbə olarkən tanış olublar. O vaxt Elsevər bəy Leninqrad Elektrotexnika İnstitutunda oxuyurmuş. İki övladları var - Sona xanım 27, Emin isə 20 yaşındadılar. Sona - San Xose Universitetini maliyyə, mühasibat ixtisası üzrə bitirib və hal-hazırda tanınmış maliyyə qurumlarından birində çalışır. Emin San Fransisko Dövlət Universitetində kompüter mühəndisliyi üzrə təhsil alır…

Zərifə xanım Azərbaycanla bağlı xeyli işlər görüb - bayram şənlikləri, mədəniyyət günləri, ailə axşamları, pikniklər, musiqi gecələri bu qəbildən olan tədbirlərdəndir. 

Vitse-prezidenti olduğu "Azərbaycan Mədəniyyəti Cəmiyyəti" xeyli uğurlara imza atıb, Xocalı, Türklərin soyqrımı günlərində ştatın paytaxtı Sakramento şəhərində yürüşlər təşkil edib, Palo Alto şəhərinin ictaimai televiziyasında Xocalı soyqrımı ilə bağlı müxtəlif sənədli filmlərin nümayişinə nail olub. Artıq bir neçə ildir ki, bu filmlər ictimaiyyətə təqdim olunur...

Ailə axşamlarında bir çox azərbaycanlı ailələrlə bir yerə gələrək, övladlarının ana dilində milli rəqs, mahnı və səhnəciklər hazırlanmasını təşkil ediblər. 

Bir vaxtlar evində Azərbacan dili dərsləri keçirdi. O, bu kurslarla Amerikada doğulan azərbacanlı uşaqlara ana dilində yazıb-oxumağı təmənnasız öyrədirdi…

Deyir ki, Azərbaycan tarixi, mədəniyyəti zəngin olan qədim ölkədir: “Amerika tarixi ölkəmizlə müqaisədə çox gəncdir. Buna baxmayaraq, bu ölkədə müxtəlif mədəniyyətlər bir araya gələrək biri-birlərini zənginləşdirir. Çalışırıq ki, bu ölkəyə inteqrasiya olub, öz mədəniyyətimizi amerikalılara bacardığımız qədər təbliğ edək. Müxtəliflik və fərqlilik dəyərlərinə əsaslanan ABŞ-da milli kimliyimizi amerikalılara tanıdıb, ölkəmizə rəğbət aşılayaq"… 

Təvəzökar, ciddi və həm də çox mehriban olan bu xanımın Amerikada gördüyü işlər təqdirəlayiqdir. On bir ildir ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan sevgisi onu bir an belə tərk etməyib…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55