Modern.az

Azərbaycandan pomidor ixracındakı problemlər həll olunub

Azərbaycandan pomidor ixracındakı problemlər həll olunub

Aktual

29 Yanvar 2019, 13:32

Ötən il ərzində Rusiyaya pomidor ixracı zamanı yaşanan problemlerlə bağlı qarşı tərəf məlumatlandırılıb. Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Ş.Mustafayev qeyd edib ki, ixrac fəliyyəti çərçivəsində Rusiya tərəfilə danışıqlar aparılıb və qaldırılan bütün məsələlər öz həllini tapıb:

"Lazım olan görüşlər təşkil olunub. Sonuncu dəfə ötən ilin dekabrında Rusiyada keçirilən iclasda bu məsələ müzakirə olunub. Hazırda bu sahədə hər hansı problem yoxdur".

Ş.Mustafayev qeyd edib ki, ixracın dəstəklənməsilə bağlı qarşıda bir neçə məsələ qoyulub və təkcə keçən 10 ölkədə 11 ixrac missiyası həyata keçirilib".

Nazir qeyd edib ki, bu il pomidor ixracında hər hansı problem yaşanmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi