Modern.az

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır  

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır   

Aktual

29 Yanvar 2019, 13:41

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır. Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

İ.Kərimov qeyd edib ki, qayadalar şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olmalıdır. Nazir deyib ki, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil:

"Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi