Arxiv
31 Yanvar 2019, 09:12 | HADİSƏ
Azərbaycanda qışın sərt dövrü - Kiçik çillə başlayır

Bu gündən Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başlayır.

Modern.az saytının məlumatına görə, qış fəsli dekabrın 22-də başlayıb.

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. 


Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

 

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - ElmarMəmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00