Arxiv
31 Yanvar 2019, 12:39 | ƏDƏBİYYAT
“Güllə səsinə açılan qapı”  

Vaqif BAYRAMOV

 

...Neçə ildir, çaylar axıb, çağlar mənsiz,

Buz bulaqlar için-için ağlar mənsiz,

Darıxıbmı güllər mənsiz,dağlar mənsiz,

Dağlar üçün, güllər üçün darıxmışam...

Hafiz Baxış

 

Tamxil Ziyəddinoğlu öz istəklərinə bir qayda olaraq səbr-təmkini və bir də zəhməti hesabına nail olub. Rastlaşdığı uğursuzluqlardan məyus olsa da, sınmayıb. Əksinə, bu, onu daha dözümlü, daha əzmkar edib. Orta məktəbi bitirdikdən sonra mübarizə dolu bir gənclik dövrü yaşayıb. Jurnalist olmaq üçün universitetə sərasər on il sənəd versə də, qəbul ola bilməyib. Nəhayət, əzab-əziyyəti itməyib, gərgin əməyinin bəhrəsini görüb, tələbə adını qazanıb...

Müxtəlif mətbu nəşrlərdə və Azərbaycan Televiziyasında işləyib. Nəhayət, 2005-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis etmək, bununla, özünün dediyi kimi, məmləkətin ikiyüzillik yaralarına məlhəm qoymaq fikrinə düşüb.

Neçə illər sonra həmin nəşrin fəaliyyətilə bağlı qələmə aldığı yazıların birində deyir: “Məncə, çətin işin qulpundan yapışanda əzab-əziyyətin çox olsa da, hədsiz mənəvi zövq alırsan. Amma ilk vaxtlar qabağıma çıxanların şübhəli suallarından məyus olurdum. Tez-tez “təmənnasız qəzet buraxmaqda marağın nədir?”- deyə soruşurdular. Xalqımızın başına gətirilən bəlaları, ölkəmizi bürüyən çadır düşərgələrini xatırladanda isə sanki razılaşırdılar...”.

“Bütöv Azərbaycan”ın ilk sayından ta indiyədək dediyi sözə əməl edib, “jurnalistikanın şərəfini bir qarın yeməyə satanlardan olmayıb”. Tələbəlik dost-sirdaşı İlham Məmmədli ilə birgə Təbrizdə, Dərbənddə, Borçalıda, digər itirilmiş dədə-baba torpaqlarımızda yaşayan soydaşlarımızın dərd-sərini bölüşüb, milli-mənəvi dəyərlərimizə, bütöv azərbaycançılıq ideologiyasına təmənnasız xidmət göstərib... 

Adını çəkdiyim nəşrin işıq üzü görməsinin 10 illiyi münasibətilə dərc etdirdiyim “10 illin salnaməsi—“Bütöv Azərbaycan” sərlövhəli bir yazıda xatırlatmışdım ki, bu qəzetdə ölkənin 10 ilinin faktlara, mənbələrə əsaslanan siyasi, mədəni və ədəbi gerçəklikləri əbədiləşib, tarixləşib, belə demək mümkünsə, arxivləşib, dövrün ruhu yaşadılıb.

Bu sözləri, eyni dərəcədə Tamxilin bu yaxınlarda işıq üzü görən “Güllə səsinə açılan qapı” kitabına da aid edə bilərəm. Amma burada bir fərq var ki, o da zaman baxımından hədəfin 10 ili yox, 213 ili əhatə etməsidir.

Bəli, kitabda Azərbaycan adlı bir məmləkətin 213 illik saysız-hesabsız ağrı-acılarından, milli bəlalarından danışılır. “Kürəkçay” müqaviləsinin Azərbaycanın parçalanmasına yol açmasından, erməni vəhşiliklərindən, ötən əsrin 90-cı illərinin əvvəlində isə qarşıdurma, vətəndaş müharibəsi və dövlətin parçalanma təhlükəsindən, 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından söhbət açılır. Eyni zamanda, uğursuzluqlarımıza —sərhədlərimizin zaman-zaman kiçilməsinə, qəsbkarların tarixi torpaqlarımızı qiymə-qiymə doğramasına səbəb olmuş “yaddaşsızlıq, yaxud yaddaşa sahiblik edə bilməmək”, dünənin dərslərindən nəticə çıxarmamaq, sabahın bəlalarını görə bilməmək kimi nöqsanlarımız xatırladılır…        
      


…Kitabda verilən “Bir qəzada iki əl” müsahibəsi  Şuşanın hələ işğal edilmədiyi, hələ Azərbaycanın nəzarətində olduğu, amma itirilmək təhlükəsi ilə üzləşdiyi bir vaxta qələmə alınıb. Bu şəhərə canı-qanı ilə bağlı olan şair-publisist Əli Mahmud Tamxilin “Şuşanın itirilmək ehtimalı varmı“, -- sualına belə cavab verib: “Adamların əhval-ruhiyyəsi buna inanmağa əsas vermir. Amma Şuşaya yönəldilmiş atəş nöqtələri susdurulmasa, o sarsıla bilər. Ən güclü yekun zərbələr, təbii ki, Şuşaya yönələcək. Odur ki, mövcud qüvvələrlə razılaşıb arxayınlaşmaq olmaz. Şəhərin öz içindən müdafiəsi çox qorxuludur. Bunu vaxtında duymaq lazımdır. Təhlükə yaxınlaşır. Hava qüvvələrindən istifadə edib ölüm gətirən odları söndürmək lazımdır…”.

Etiraf edək ki, belə ziyalı narahatlığı, xəbərdarlığı zamanında o biri yurd yerlərimizlə bağlı da səslənib. Amma əsrlərlə varlığımıza hopan unutqanlıq, arxayınçılıq, yaddaşsızlıq erməni kimi məkrli bir düşmənin istər bu qədim qala şəhərinin, istərsə də digər əzəli torpaqlarımızın itirilməsinə səbəb olub. Girəvəcil yağının Bakı, Şamaxı, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvan, Xocalı və digər ərazilərimizdə xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror kimi zorakılıq aktları törətməsi də bax, belə arxayınçılıqdan qaynaqlanıb.

Elə buna görə ötən əsrin 90-cı illərinin əvvəllərində kipriklərilə od götürə-götürə qurduqları ev-eşikləri yağmalanan, yurd-yuvaları dağıdılan didərginlər Qərbi Azərbaycandan baş götürüb aran-dağ hara gəldi səpələnəndə Bəxşeyiş müəllim də doğma Qafanın Müsəlləm kənd məktəbində min bir zəhmətlə yaratdığı tarix muzeyini də sığındığı Sumqayıtın təhsil ocaqlarından birinə “köçürmüşdü”. O, torpaq,  Vətən sevgisi hopan eksponatlarla gələcək nəsillərdə  “tarixi şüur”un, milli yaddaşın möhkəmlənməsini, on minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən vəhşicəsinə qovulduğu ərazilərin qədim türk torpaqları olmasının aşılanmasını qarşısına  məqsəd qoymuşdu.

Kitabda bütün bunlardan söhbət açılan “Didərgin muzey”, yaxud dərd üstündən gələn dərd” adlanan yazını həyəcansız oxumaq olmur… Müəllif  27 il bundan əvvəlin o kövrək, ağrılı hadisəsini qələmə alanda yaralar hələ qaysaq bağlamamışdı. O vaxtlar yurd-yuvasından didərgin düşənlər arasında  vəziyyətin tezliklə nizamlanacağına sadəlövhcəsinə inananlar da az deyildi. Amma elələrinə də rast  gəlinirdi ki, ürəklərinə bu həsrətin hələ uzun çəkəcəyi, vüsal dəmlərini görə bilməyəcəkləri dammışdı. Ona görə də ev-eşiyindən ayrılanda əllərinə keçən “tarix yadigarlarını”—yazılı daş parçalarını... ürəklərinin başında gizlədir, köç zamanı barxanalarına doldururdular. Səbəbi də yuxarıda qeyd etdiyimiz kimi, ağrı-acılı tariximizin nişanələrini qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək idi… Belə bir ürəkparçalayan mənzərənin şahidi olan Tamxil Ziyəddinoğlu isə bildirirdi ki, “zaman-zaman dərdini daşlara yazan xalqımın indi daşı da bəzən didərgin düşür. Torpağımızın hər qarışında min sirr yatan guşələri dağıdılır. Ağır dərdi dağa verdilər, çəkə bilmədi--dağdan alıb insana verdilər, çəkdi, deyib atalarımız. Çünki insanın gücü ürəyindədi”.

“Didərginlərin köç karvanına qoşulub” Azərbaycana pənah gətirən istedadlı fırça ustası Cabbar Quliyevdən söhbət açanda da (“Didərgin taleli rəssam”), şuşalıların sığındığı “Qızılqum” sanatoriyasında yaşanan ağrı-acılardan bəhs edəndə də (“Qarabağa qayıdacağıq”), Azərbaycan tarixinə qanla yazılan Xocalı faciəsini xatırlayanda da (“Ölməyə nə var ki?”), həsrətdən gözlərinin nuru əriyən, torpağı yağı tapdağına dönən kişilərlə dərd bölüşəndə də, dünyanın ağırdan-ağır “qəm yükünü bir çəliyə söykənməklə çəkməyə” çalışan binəva barədə düşüncələrini oxucuya çatdıranda da, “çiliklənmiş qəlbində nakam bir eşqi yaşatdığı üçün özünü unudan zavallının” taleyinə yananda da, “fəryadı kasıb komasının damını dələn talesiz bir qadının—sönük ər ocağına tapına-tapına həsrət dolu gözlərini oğlunun əsgərliyə getdiyi yola dikən, gözləyə-gözləyə ümidinin işığında dünyadan köçən” ananın faciəsini, qara günlərini ağ kağıza köçürəndə də--bunların hamısında “dağdan aldığı güc” Tamxilin köməyinə gəlib.

Kitabı oxuduqca qulaqlarıma neçə-neçə didərgin harayı gəlir, gözlərim önündə Şəhidlər xiyabanında göz yaşı axıdan ana, çağdaş sevgi timsalına çevrilən İlham və onun Fərizəsinin həyat yolu canlanır, Salyan kazarmasının qabağındakı deşiklənmiş divarlar, keçmiş 11-ci Qızıl ordu meydanındakı soxa papaq ... xatırlanır. Tamxil nakam sevgi dastanının qəhrəmanı Fərizənin ziyarətinə isə həmişə əliboş gedəcəyini dilə gətirir: “Çünki qərənfil ala bilmirəm. Qərənfilə uzanan əllərimi Zəngəzur çiçəyinin həsrəti yandırır. Nəsibim olsa, məzarının üstünə bizim dağların çiçəyindən düzəcəyəm. Sənə insan nəfəsinə həsrət qalan o çiçəklər yaraşar”.

“Güllə səsinə açılan qapı” yazısının hər cümləsində, sanki, uzaq bir yola çıxan adam kimi nəfəs dərir, ötən illərin o üzündə qalan olmuşları xatırlayır, Vətən nisgilinin, dağ həsrətinin ömürlərini çürütdüyü neçə-neçə doğmamın surətini göz önünə gətirirəm... Otuz ildən çox ayrılığı yaşanan o dağlar gör nə müddətdir ki, “atılan aramsız güllələrdən qartal qıyyasına, tütək səsinə tamarzıdır”. Yüzillərin yaz-yayında doğmalarına arxa-həyan olan, sevinc-fərəhinə şahidlik edən o dağlar indi “yaraları şəhid-şəhid qan verən Azərbaycanın dərdinə ağlayır, od-ocağından xəbərsiz didərginlərə dirigözlü yas tutur...”.

... Tamxil o dağlarla sonuncu dəfə 1992-ci ilin yayın payıza qovuşduğu günlərdə “görüşmüşdü”. Kəlbəcərin Bəzirxan kəndində dost-sirdaş toyuna gedəndə arada fürsət tapıb yurdu qoruyan döyüşçülərlə də dərdləşmişdi. Bakıya qayıdandan sonra orada yaşadığı duyğuları qələmə almışdı: “Dağların, təbiətin doğmalığı məni duyğulandırdı. Kənddə çəpər qonşumuz olub indi Bakıda yaşayan , erməni faşistlərinin ucbatından dədə-baba yurduna gedə bilməyən Cəmil Əhmədovun ürək dağlayan sözləri yadıma düşdü: “ Payızın bu çağlarında oturasan Çimənyurdun başında (Çimənyurd bizim yaylağın adıdır), Kamil Cəlilov qaboy çala, sən də elləri köçmüş yurd yerlərinə baxıb ağlayasan”.

...O məqamda özüm qonşumun təsvir elədiyi durumdaydım. Göylərə meydan oxuyan bir dağın başında oturub elləri dağılmış, kimsəsiz Göyçə mahalına, ögey anasının bəxtini bağlatdırdığından xəbərsiz elçi gözləyən məsum qız kimi cilvələnən Göyçə gölünə tamaşa edirdim. Yaxşı ki, qaboy çalınmırdı. Yoxsa, dağın ətəyində ot biçən ermənilər türk oğlunun hönkürtüsünə sevinərdi”.


***     

…O dağlar neçə ildi ki, yaylaqda yaylayan ellərin toy-büsatına tamarzı qalıb, başı dərddən ayılmayan didərginlərin xatirələrində qəm oylağına dönüb.

…Qisas qiyamətə qalmayacaq. Ulu  Yaradan gec-tez o dağların zirvələrində dolaşan sərgərdan ruhların ah-amanını, bu üzdən o üzə həsrətlə baxanların hönkürtüsünü eşidəcək, yurd-yuva dağıdanları, xaraba qoyanları imtahana çəkib cəzalandıracaq…   

…Haqqın hökmünə yaman inanıram…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Tofiq Tağızadənin 100 illiyi ilə bağlı film çəkildi - FOTO 23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13