Arxiv
1 Fervral 2019, 10:10 | PARLAMENT
Tahir Kərimli: “Nəsiminin məzarını ziyarət etmək üçün Suriyaya getmişdim...”  

“Nəsimi ilə bağlı Modern.az-da gedən reportaja baxdım. Öncə bu yazıya görə həm müəllifə, həm də Modern.az saytına təşəkkür edirəm ki, bu cür samballı və dəyərli material ortaya qoymusunuz. Nəsiminin şəcərəsinə aid olan və qəbrini mühafizə edən insanı tapıb oradan şəkillər və video əldə edərək oxucuya təqdim etmisiniz. Maraqla oxudum. Livandakı səfirliyimizə də təşəkkür edirəm”.

Bunu Milli Məclisin deputatı Tahir Kərimli Modern.az saytının İmadəddin Nəsiminin Hələbdəki məzarı ilə bağlı Suriyadan əldə etdiyi şəkillər və video barədə danışarkən deyib.

Deputat gənc yaşlarından Nəsiminin vurğunu olduğunu bildirərək, bu barədə əlavə bir neçə kəlmə danışmaq istədiyini də söyləyib:
  

“Nəsiminin vurğunu olduğumdan nə zamansa Hələbə gedib onu məzarı başında ziyarət etməyi qarşıma məqsəd olaraq qoymuşdum. Təxminən 2000-ci illərdə 2 dəfə Suriyada olmuşam.  Məqsədim Nəsiminin qəbrini ziyarət etmək və onu yada salmaq idi. Dediyim kimi, yeniyetmə yaşlarımdan Nəsimi idealım olub. İstərdim ki,  sizin yazınızda getməyən əlavələri edim. Düzü, heç vaxt Nəsimi  nəslindən kimlərinsə Hələbdə yaşadığını bilməmişəm. Qəbri ziyarət etməyimə başqa insanlar vasitəçilik edib. Sizə təqdim olunan şəkillərdən də görünür ki, Nəsiminin qəbrinin üstü örtülüdür. Qəbrin arxa tərəfində bağça var. Səhv etmirəmsə, orada “Seyidlər qəbiristanlığı” salınıb. Qəbirlərin arasında xüsusi yaşıl parça bağlanmışdı.
Hiss olunur ki, orada dəfn olunan seyidlərdir. Nəsiminin də əsl adı Seyid Əlidir. Mən orada olanda təxminən 30-40 qəbir daşı vardı. Şəkildə gördüklərimiz də vardı. Kənarlarda isə 2-3 mərtəbəli daş evlər tikilmişdi. Çox maraqlıdır ki, oradan  baxanda Nəsiminin edam olunduğu Hələb qalası görünürdü. Xüsusi marağa görə Hələb qalasını da ziyarət etmişdik. Nəsiminin məqbərəsi çox zaman bağlı olduğundan pəncərədən baxmaqla ziyarət edirdilər. Ora keçmək üçün arxa tərəfdən qapı vardı”.


Tahir Kərimli Suriya müharibəsindən öncə Nəsiminin qəbrini ziyarət edərkən çox təsirləndiyini də etiraf edib:

“Düzünü deyim ki, o zaman da qəbri yaxşı görkəmdə deyildi. Hətta o vaxt “can ay Nəsimi! Kaş ki dövlətimiz sənə sahib çıxa” demişdim. Hələ o zamanlarda da  onun qəbrinin  Azərbaycana gətirilməsi arzum olub. Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi Azərbaycanın əhəmiyyətini daha da artırardı. Sonra Suriyada müharibə başladı və bunu təklif kimi səsləndirə bilmədim. İndi məlum oldu ki onun şəcərəsi var və onlar buna razı olmaz”.

Deputatın sözlərinə görə, qəbri ziyarət edən turistlərə Nəsiminin həyat və yaradıcılığı çox yaxşı izah olunur:

“Hələb qalasının qalınlığı çox möhtəşəmdir. Mənə dedilər ki, qala Bizans dövründən qalıb. Qalanın aşağı hissələrinin qalınlığı 4 metrdir. 4 metr qala divarları arasında xüsusi hücrə həbsxanaları var. Nəsiminin saxlandığı yeri mənə göstərdilər. Dediklərinə görə,  4 metrlik qalanın içərisində onun əl-ayağına zəncir vurulub. Sonra edam olunan yerdə Nəsiminin dərisi soyulub. O yerləri görəndə insan göz yaşlarını saxlaya bilmir. Həmin yer qalanın içindən iki-üç metr hündürdədir. Mənə xoş gələn o oldu ki, qalaya nəzarət edən insanlar bütün detalları olduğu kimi danışırdılar. Prosesləri daha ətraflı izah edirdilər. Orada olanda çox duyğusal vəziyyətə şahidlik etmişdim”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43