Arxiv
1 Fervral 2019, 10:50 | PARLAMENT
Ülvi Quliyev: “Azərbaycan dövləti daim gənclərə arxalanır” - MÜSAHİBƏ  

Milli Məclisin Gənclər  və idman komitəsinin sədri Ülvi Quliyev 2 fevral Gənclər günü ilə bağlı Modern.az saytına müsahibə verib.

 

- Ülvi müəllim, 2 fevral - Azərbaycanda Gənclər günüdür. Gənclər və idman komitəsinin sədri olaraq, Azərbaycan gəncliyinin dünyadakı yerini harda görürsünüz?

- Gənclər günü 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər gününün təsis edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının ən böyük nümunəsidir. Çünki Gənclər günü MDB və Şərqi Avropa ölkələri arasında ilk olaraq, Azərbaycanda qeyd olunub.

Təcrübə göstərir ki, ulu öndər tərəfindən əsası qoyulmuş gənclər siyasəti çox uğurlu bir modeldir. Bu model hazırda öz bəhrəsini verməkdədir və gənclərlə bağlı sahədə  çox böyük işlər görülür. Azərbaycanda gənclər siyasətinin təməli çox möhkəm özüllər üzərində qurulub. Qanunvericilik bazasının yaradılması, bu baza əsasında müxtəlif infrastrukturun formaşlaşdırılması, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun fəaliyyət göstərməsi xüsusi vurğulanmalıdır. Eyni zamanda, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması, Parlamentdə gənclərlə  bağlı komitənin olması gənclər siyasətinin uğurudur. Cənab Prezident İlham Əliyev Azərbaycan gəncinin hərtərəfli inkişafı üçün bütün zəruri addımları atır və birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan gəncliyi Prezidentimizin qayğısı ilə tam əhatə olunub.

Azərbaycanda davamlı olaraq gənclər proqramı həyata keçirilir. "Gənclər siyasəti haqqında" qanun isə bu günün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilir.


- Qeyd etdiyiniz məsələlər gənclərin inkişafına nə kimi töhfələr verir?

-Yuxarıda qeyd etdiyim məsələlərlə yanaşı, regionlarda Gənclər evinin yaradılması, gənclər arasında sağlam həyat tərzinin təşviqi, bu istiqamətdə həyata keçirilən tədbirlər, Gənclər üçün Olimpiya mərkəzlərinin yaradılması da gəncliyin inkişafına öz töhfəsini verir.

Gənclər siyasətinin məqsədi Azərbaycanda istedadlı, bacarıqlı, savadlı, sağlam gənclərin yetişdirilməsini formalaşdırmaqdır. Bütün bu görülən işlər, həyata keçirilən tədbirlər, gəncləri daha təşəbbüskar, ictimai-siyasi həyatda daha fəal olmağa səsləyir. Məhz bunun nəticəsidir ki, gənclərin əksər sahələrdə fəallığı artıq hiss olunacaq dərəcədədir. Onların xarici tədbirlərdə iştirakı təcrübələrinin artmasına səbəb olur. Gənclər bir çox sahələrdə daha fəal olmağa meyl edirlər. Çünki indi onları üçün yetərincə şərait yaradılıb. Ölkədə qəbul olunan bütün sənədlər sosial-iqtisadi inkişaf, gənclərin təhsilə olan marağının artması, məşğulluq məsələsi, kadr potensialının formalaşmasına hesablanıb. İnkişaf edən ölkəmizdə rəqabətə davamlı gənc kadrlar formalaşdırmaq çox vacibdir.

 

- Dediniz ki, “Gənclər siyasəti haqqında” Qanunda ciddi dəyişikliklər ediləcək. Bu məsələ gəncləri daha çox maraqlandırır. Sizcə, gənclər qanunvericilikdən necə yararlanacaq?


- Həmin qanuna təklif edilən yeni dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq. 14 maddədən ibarət olan layihə üzrə 25 dəyişikliyin olması nəzərdə tutulur. Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı üçündür - istər onların məşğulluq məsələsinin təminatı, istərsə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır.

Qanun layihəsində yeni istiqamətlərdən biri də peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə dövlətin gənclər siyasəti ilə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir. Müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Dəyişikliklərdə diqqət çəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olunan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə hazırlığı və həyata keçirilən proqramlara cəlb olunmasıdır. 

Burda dövlətin yükü artırılır. Söhbət istər gənclərin sahibkarlıq ideyalarının dəstəklənməsi, istərsə də məşğulluq problemlərinin həll edilməsi, sosial şəbəkələrdə aktiv olmaları ilə bağlı şəraitin yaradılması və s. kimi təminatlardan gedir.

Ən vacib məsələlərdən biri sosial şəbəkələrdə İKT-dən, multimediadan istifadə olunmasıdır.  Burda insanların şərəf və ləyaqətinin qorunması mütləq nəzərə alınmalı, şəxsiyyətin toxunulmazlığı əsas götürülməlidir. Bu məsələlərin hamısı qanunda öz əksini tapıb. Gənclərin bütün istiqamətlərdə inkişafı, onların ictimai işlərə cəlb etməklə  haqlarının ödənilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclər,  eyni zamanda risk qrupu altında olan gənclərin cəmiyyətə inteqrasiyası, cəzaçəkmə müəssisəsindən çıxmış gənclərin cəmiyyətə adaptasiyası və s. bu kimi işlərin həyata keçirilməsi istiqamətində görülən çox böyük işlər yeni dəyişikliklərin əsas hədəflərindəndir.

 

- Azərbaycan dövlətçiliyi məsələsində gənclərin rolunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, tam mübaliğəsiz deyə bilərik ki, İlham Əliyevin prezidentliyi dövründəki Azərbaycan gəncliyi Azərbaycan  tarixində ən fəal, güclü, vətənpərvər gənclikdir. Bunu 2016-cı ilin “Aprel hadisələri” bir daha təsdiqlədi. O zaman hətta məktəbyaşlı uşaqların könüllü olaraq cəbhəyə getmək dirənişi öz-özünə yaranmadı. Bu, məqsədli şəkildə aparılan gənclər siyasətinin bəhrəsiydi. Hesab edirəm ki, Azərbaycan bu siyasətdən gələcək boyu daha çox faydalanacaq.  Ölkədə iqtisadi inkişaf getdikcə, gəncləri siyasəti sahəsində də çox böyük işlərin görüldüyü danılmazdır. Hər il büdcə müzakirələri zamanı bunun şahidi oluruq. Gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığı çox vacib məsələdir. Onlar bizim müstəqillik ideologiyamızın carçılarna çevrilirlər.
Son zamanlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan işlər, yeni gənc kadrların vəzifəyə gətirilməsi kimi məsələlər dövlətimizin gənclər siyasəti sahəsində gördüyü işlərin əsas elementləridir. Bu gənclərin hər biri gənclər siyasətində fəal iştirak etmiş şəxslərlərdir.  Onlar yüksək postlarda təmsil olunur, cəmiyyətimizin və dövlətimizin inkişafına çox böyük töhfələr verirlər.

Bütün çağırışlara tutarlı cavab verilməsində, təşəbbüskarlıqda, əldə edilən nailiyyətlərin qorunub saxlanmasında, ümumiyyətlə yeni vətəndaş simasının yaranmasında indiki gənclik çox böyük rol oynayır. Dövlətimiz möhkəmləndikcə, inkişaf etdikcəxaricdəki qüvvələrin ölkəmizə təzyiqlərinin də günbəgün artdığının şahidi oluruq. Bu sadaladıqlarıma tutarlı cavab vermək üçün Azərbaycan gəncliyinin möhkəm və dayanıqlı  olması çox vacibdir.
Gənclərə ən böyük tövsiyəm odur ki, onlar bu gün baş verən bir sıra hadisələrlə bağlı daim Avropadan edilən təzyiqlərə, proseslərə qarşı çıxsınlar, yad təsirlərə uymasınlar, hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında olsunlar. Və deyim ki, bu məsələdə gəncliyimiz cənab Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Gənclik əmindir ki, məhz İlham Əliyevin liderliyi ilə Qarabağda bayrağımız dalğalanacaq.  

 

- Ülvi müəllim, bu gün təhsil sərhədsiz sahəyə çevrilib. Bu mənada Azərbaycan gəncliyinin təhsilə olan marağı və təhsilin gəncliyə verdiyi məqamları necə dəyərləndirirsiniz?

-Təbii ki, təhsil yuxarıda qeyd etdiyim məsələlərdən öndə gəlir. Təhsilsiz gənclik dövlətimizin inkişafına, möhkəmlənməsinə heç bir töhfə verə bilməz. Yüksək ixtisaslı kadrların formalaşması da təhsilsiz mümkün deyil. Biz dünyada gedən proseslərlə maraqlanmalıyıq və bu istiqamətdə müəyyən işlər görülməlidir. Gənclər Fondu gənclərin xaricdə təhsili ilə bağlı yetərincə işlər görür. Savadlı gənclərimiz müsabiqədən keçərək, təcrübə mübadiləsi üçün bir çox beynəlxalq təşkilatlara gedirlər, bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycanda təhsil sahəsində çox ciddi islahatlar aparılır, təhsilin inkişafı ilə bağlı strategiya müəyyənləşib, bəlkə də bunun  nəticələrini qısa müddətdə görmək imkanımız olmayacaq, amma inanıram ki, yaxın gələcəkdə çox ciddi uşurların şahidi olacağıq. Təhsil və məşğulluq məsələləri, dövlətimizin bu istiqamətdə apardığı islahatlar öz bəhrəsini verəcəkdir.
 

- İstərdik idmana dövlət qayğısına da toxunasınız.10 il öncə idmana olan marağı indi ilə müqayisə etdikdə, nə kimi fərqlər görürsünüz?

- Cənab Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayıb, ölkəmizin idman imicinin yüksəlməsinə çalışıb. Nəticədə idman sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi yolunda ciddi işlər həyata keçirilib. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Son illər beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar xüsusi qeyd olunmalıdır. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Yadınızdadırsa, Azərbaycanda 2012-ci il “İdman ili” elan edilmişdi. 


Bu gün inamla deyə bilərik ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq, respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.
Son illər bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan artıq həm də dünyada idman ölkəsi kimi tanınır.
UEFA Avropa Liqasının final oyununun  2019-cu ilin mayında Bakı şəhərində keçirilməsi bunu bir daha təsdiqləyir.

 

- Gənclər və dövlətçilik... Sizcə, ümumi mənzərə necədir?

- Gənclər həm dövlət sektorunda, həm də özəl sahədə fəaliyyət göstərirlər və onlar dövlətimizə bağlıdırlar. Azərbaycan dövləti də daim gənclərə arxalanır və inanır. Ölkəmizdə gənclərin hər sahədə problemləri daim araşdırılır və həmin problemlərin həlli üçün mühüm addımlar atılır. Azərbaycanda gənclər ölkədə gedən ictimai-siyasi proseslərdə daha yaxından iştirak edirlər. Azərbaycanda gənclərin bütün sahələrdə fəaliyyəti üçün hər cür şərait mövcuddur. Əminəm  ki, İlham Əliyevin dövründəki gənclik Azərbaycanı bütün hədəflərinə çatdıracaq.

Sonda 2 fevral Gənclər günü münasibətilə gənclərimizi təbrik edir, onlara dövlətimizi, millətimizi, dövlətçiliyimizi daima qoruyub saxlamağı arzu edirəm. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20