Modern.az

Oqtay Əsədov: “İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir”

Oqtay Əsədov: “İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir”

1 Fevral 2019, 13:43

“Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir:

“Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”-deyə Oqtay Əsədov bildirib.

O daha sonra qeyd edib: “Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər”.

 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır