Arxiv
2 Fervral 2019, 12:55 | MƏDƏNİYYƏT
“Ər-Riyad” qəzeti: “Bakıda sünnü və şiələr heyrət doğuracaq şəkildə birgə namaz qılır”

“Nümayəndə heyətimiz Bakının məscidlərində namzalarını qıldığı  zaman maraqlı mənzərə ilə üzləşdi: sünnü və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar”.

Modern.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri  Azərbaycana səfəri ilə bağlı nufuzulu “Ər-Riyad” qəzetində dərc etdiyi məqaləsində yazıb.

O, səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşdüyünü qeyd edib. Əl-Şəhri vurğulayıb ki,  A.Paşazadə ilə görüşü çox səmimi keçib:


“Öyrəndik ki, Şeyxülislam təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini lideridir. O, Gürcüstanda, Rusiyanın Şimali Qafqaz respublikalarında yaşayan sünni və şiə məzhəblərindən olan müsəlmanların hər birinin məzhəbinə görə fətva verir”.

Dostluq Komitəsinin sədri yazıb ki, Azərbaycan onda çox böyük təəssürat yaradıb:


“Bakını gəzərkən, istər rəsmi şəxslərlə görüşərkən, istərsə də adi sakinlərlə ünsiyyətdə olarkən məndə bir daha əminlik yarandı ki, Azərbaycan həqiqətən tolerant və inkişaf ölkəsidir”.

Əl-Şəhri qeyd edib ki, ölkənin 30 ildən də az müddət ərzində sürətli inkişafı heyrət doğruan işdir.
 
“Şərqlə Qərbin qovşağında yerləşən bu ölkə 1991-ci ildə- SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb.  Qərb qonşusu Ermənistan tərəfindən silahlı təcavüzə məruz qalıb. Azərbaycanın 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi hələ də işğal altındadır. Rəsmi Bakı işğalla barışmaq istəmir, ərazi bütövlüyünü təmin etmək üçün var gücü ilə mübarizə aparır”-deyə Şura üzvü qeyd edib.


Əl-Şəhri yazır ki, Azərbaycan iqtisadiyyatı həyata keçirilən islahatlar nəticəsində inkişaf edir və bu sahədə əhəmiyyətli addım atan 10 ölkədən birinə çevrilib.

Azərbaycan xalqının qonaqpərvərliyi isə ayrı söhbətin mövzusudur. Burada qonağa kəklikotu, limonlu, nanəli, yaxud gülablı çay, mürəbbə təqdim olunur. Paytaxt Bakı inanılmaz dərəcədə sürətlə inkişaf edir, müasirləşir. Lakin bununla yanaşı qədimliyini də, adət ənənələrini unutmur. Səfər zamanı ziyalılarla görüşlərim zamanı bu məsələni hiss etdim. Azərbaycanlılar ailəyə böyük önəm verir, qədimliklə müasirlik arasında balans yarada bilmələri ilə fəxr edirlər. Sanki burada hər şey insanların rahatlığı, firavanlığı üçün düşünülüb”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin yanvar ayında Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Nümayəndə heyəti həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə müzakirə aparıb. Şeyxülislam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq işini müdafiə etdiyinə, işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib. O, həmçinin həcc ziyarəti zamanı azərbaycanlılara göstərilən köməyə görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47