Arxiv
2 Fervral 2019, 13:23 | DİASPOR
Kaliforniyada çalışan ilk azərbaycanlı diş həkimi...  

Çox şən, gülərüz, mehriban xanımdır. Onunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən bəri heç kimdən bu qədər müsbət enerji almamışdım. Yumor hissi, dərin savadı, dünya görüşü söhbətimizə xüsusi rəng qatırdı. Azərbaycan dilində Bakı ləhcəsi ilə danışan bu xanımın səmimiyyətinə heyran oldum…

…Həkim ailəsində böyüyüb. Atası Zülfi kişi diş həkimi olub, bacısı Lalə xanım genekoloqdur, qardaşı Kamran Rəsulov isə stomatolq işləyir. Ailədə həkim olmayan yeganə insan anası Solmaz xanımdır. Solmaz xanım filoloqdur. Uzun illər rus dili və ədəbiyyatı fənnindən dərs deyib. "Rusiya Federasiyasının Əməkdar Müəllimi" fəxri adına layiq görülüb…

…Haqqında söhbət açdığım Nərminə Rəsulova Bakıda dünyaya gəlib. 1984-cü ildə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Həmin il Moskvaya köçüblər, Semaşko adına Moskva Stomatologiya İnstituna qəbul olunub. 1990-cı ildə oranı bitirərək, diş həkimi kimi fəaliyyətə başlayıb. Bir müddət Moskvada 17 nömrəli poliklinikada çalışıb. 1993-cü ildən 1998-ci ilədək yaratdıqları ailəvi klinikada işləyib. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatına köçüb…

…Deyir ki,- "Rəhmətlik atam həm baməzə və həm də çox ciddi insan idi. Bakının içəri şəhərində doğulduğundan adət və ənənələrimizə çox bağlı idi. Moskvaya köçəndə bacımla mənə dönə-dönə tapşırdı ki, buraya köçməyimiz o demək deyil ki, dilimizi və milli kimliyimizi unutmalıyıq. Azərbaycanda necə geyinirdizsə burada da elə olacaq!.."

…Nərminə xanım Los Ancelesdə məskunlaşdığı vaxtdan 2008-ci ilədək stomatoloq assisenti kimi çalışıb. Bu arada Loma Linda Universitetində bir il təhsil alıb. Sonra "National Board I, II, Bench Exam və Dental Clinical Board" imtahanlarını uğurla verərək, ilk azərbaycanlı kimi stomatoloq həkim işləmək hüququ qazanıb. 

2008-ci ildən məşhur "Clinicas Del Camino Real" çoxşaxəli tibbi şirkətdə diş həkimi kimi fəaliyyətə başlayıb. O vaxtdan orada çalışır…

…Oğlu Cahangir Süleymanovun 19 yaşı var. Kollecdə gen mühəndisliyi üzrə təhsil alır. Azərbaycan dilini çox gözəl bilir…

…Onun arzuları çoxdur. Əsas arzusu isə gözünün ağı-qarası olan yeganə oğluna yüksək savad vermək, onu ev-eşik etməkdir. Səyahəti çox xoşlayır. Cənubi, Şimali Amerika, Afrika, Avropanın bir sıra ölkələrində olub. İspan, ingilis, rus dillərində sərbəst danışa bilir. Uşaq vaxtlarında məşhur caz ustası Vaqif Mustafazadənin anası Zivər xanımın işlədiyi musiqi məktəbində ondan piano dərsləri alıb. Hətta söhbət əsnasında Əzizə Mustafazadə ilə etüd çaldıqlarını da xatırladı. Odur ki, könlünə düşəndə pianoda ifa edir…

Deyir ki,- "Əvvəllər Kaliforniyada Azərbaycanla bağlı tədbirlərdə tez-tez iştirak edirdim, son vaxtlar işimlə əlaqədar bu tədbirlərə az qatılıram. Amma bu, o demək deyil ki, mən vətənimi unutmuşam. Azərbaycanlı olduğumdan həmişə qürur duyuram və milli kimliyimi fəxrlə təqdim edirəm"…

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55