Arxiv
3 Fervral 2019, 11:50 | DİASPOR
Xalq yazıçısının ABŞ-da yaşayan alim oğlu - FOTO

Abbasqulu ağa Bakıxanovun bir gözəl deyimi var- "İnsanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən fərqlidirlər".

Bəli, xoş o kəsin halına ki, öz elmindən ibrət götürə bilir…

Haqqında söhbət açdığım şəxs sıradan bir soydaşımız deyil, sözün əsl mənasında böyük azərbaycanlılardan biridir…

Deyir ki,- "Çox xoşbəxt insanam. Atam Hüseyn Abbaszadə xalq yazıçısı olub, anam Solmaz Kərimova elmi tədqiqat institututlarından birində baş mühəndis işləyib. Bu iki böyük şəxsiyyətin sevgisindən dünyaya gəlmişəm və bütün ömrüm boyu payıma uğur düşüb"…

O, 1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofizika və molekulyar kimya ixtisasına yiyələnib. Vətənə dönərək Bakı Dövlət Universitetinin biologiya fakultəsində biofizika və biokimya fənnlərindən dərs deməyə başlayıb. Eyni zamanda universitetin aspiranturasında təhsilini davam etdirib, biologiya elmləri namizədi alimlik dərəcəsinə sahib olub. ABŞ-a gələnədək BDU-da müəllim, az sonra baş müəllim vəzifəsində çalışıb…



1991-ci ildə onu İlinois ştatındakı Şimali İlinois Universitetinə dəvət ediblər. 4 ay orada çalışdıqdan sonra, daha bir dəvətlə Şimali Karolina ştatına gəlir və Çapel Hil Universitetinin elmi lobaratoriyasında işə başlayır. Burada o, "Nobel" mükafatı laureatı Əziz Sancarla bir yerdə işləyir…

Deyir ki,- "Əziz Sancarı özümə qardaş bilirəm. O vaxt vətən üçün çox darıxırdım. O, mənə Amerikada arxa-dayaq oldu. 1993-cü ildə ondan ayrılandan sonra əlaqəni itirdik. 2015-ci ildə "Nobel" mükafatını alanda, çətinliklə də olsa telefonunu tapdım və zəng edib təbrik etdim. Çox şad oldu, xeyli söhbət etdik"…

…İlqar Abbaszadə 1993-cü ildə Miçiqan ştatına gəlir, Ann Arbor şəhərindəki Miçiqan Universitetinin tibb fakultəsində biokimyadan dərs deyir və elmi araşdırmalar aparır. 1994-cü ildə məşhur Standford Universitetinə dəvət alır, 1996-cı ilədək orada tədqiqatlarını davam etdirərək, molekulyar biologiya fənnini tədris edir. Və elmi axtarışlardan ayrılaraq biznes sahəsində fəaliyyətə başlayır. Bu günədək o, bir sıra məşhur biotexnologiya üzrə şirkətlərdə biznesin idarə olunması üzrə müxtəlif vəzifələrdə işləyib. "Genscript - CPBU", "ALLSTAR ADVİSORY, INC", "BECHMAN COULTER", "PROMEGA CORPORATION", "LIFE TECHNOLOGIES", "AGILENT TECHNOLOGIES" şirkətləri bu sıradadır. Arada Çikaqo Universitetində biznesin idarə olunması ixtisası üzrə (MBA) magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya şatatında "Fiji Film İrvine Scientific" şirkətində satış və marketinq deportamentinin rəhbəri vəzifəsində çalışır…



…Dörd övladı var. Ekiz qızları Nərgiz və Nigar birinci, qızı Lina, oğlu Mikayıl isə ikinci nigahdandılar. Ömür-gün yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitchell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var. Azərbaycana bağlı xanımdır. Söylədiyinə görə, milliyətcə rus olsa da, özünü daha çox azərbaycanlı sayır... 

...İlqar bəy işi ilə əlaqədar dünyanın bir çox ölkələrinə səfər edib. Avropanı, Asiyanı, Amerikanı demək olar ki, qarış-qarış gəzib…

Deyir ki,- "Həyat adama heç nəyi elə-belə vermir, hər şeyi özün qazanmalısan. Allahın uğuru isə insan taleyində rol oynayan ən vacib amildir"…

…Tez-tez vətəni ziyarət edir. Azərbaycanın günbəgün inkişaf etdiyinə çox sevinir. Onun gözəlliyinin vurğunu, aşiqi olduğunu, söyləyir…



Çox mehriban, zəngin mütaliyəsi olan bu soydaşımızın varlığından qürur duydum. Azərbaycanla bağlı bir çox tədbirlərdə iştirak edib. Hətta Filadelfiya İctimai televiziyasında Qarabağ mövzusunda canlı efirdə olan bir verilişdə, erməni siyasətçisinə söz döyüşündə qalib də gəlib. Ermənilərin təcəvüzkar, Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu amerikalı tamaşaçıların nəzərinə əsaslı faktlarla çatdıra bilib…

…1989-cu ildə ABŞ-a gəlməmişdən iki il əvvəl BBC radiosundan bir zəng gəlir. Dəstəyi götürüb cavab verəndə atası Hüseyn Abbaszadəni soruşurlar. O da atasının evdə olmadığını söyləyir. Və meydan hadisələri barəsində verilən sualları obyektiv cavablandırır. Qısa müddətdə bütün dünya onun sayəsində bu hadisələrdən xəbərdar olur. Onu işlədiyi universitetin rəhbəri yanına çağıraraq işdən çıxması üçün ərizə yazmasını tələb edir… 

…Şükr etməyi bacarır. Övladlarının ağıllı, savadlı, yüksək mədəniyyətə sahib olmasından, gözəl ailəsindən danışıb, Allahdan razılığını dilə gətirir. Nəvələrini çox sevir. Onları xoşbəxt görməyi arzulayır...

Uğura alın yazısı qədər inanan bu ziyalı soydaşımıza uğur dolu gələcək diləyirik…


Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51 Mərdəkan Müalicə Pansionatının təmiri ilin sonuna qədər yekunlaşacaq 18 Sentyabr 2019, 14:43 Elmar Məmmədyarov İtaliyada Ermənistanın təcavüzündən DANIŞDI 18 Sentyabr 2019, 14:41 Ermənistanda vəziyyət DƏYİŞİR – “Paşinyanın rəqibləri revanşa hazırlaşır”. 18 Sentyabr 2019, 14:29 Xəsarət alan “Azərişıq” əməkdaşlarının vəziyyəti ağırdı - RƏSMİ 18 Sentyabr 2019, 14:21 Elektrik şəbəkəsinə onlayn qoşulma xidməti AZƏRBAYCANDA 18 Sentyabr 2019, 14:18 Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur 18 Sentyabr 2019, 13:49 İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi 18 Sentyabr 2019, 13:33 Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb 18 Sentyabr 2019, 13:27 “Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ 18 Sentyabr 2019, 13:26 “Elektron Kənd Təsərrüfatı”nda qeydiyyatdan keçənlərin sayı 335 min nəfərə çatıb 18 Sentyabr 2019, 13:23 Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım 18 Sentyabr 2019, 13:19 Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?” 18 Sentyabr 2019, 13:10 Əli Əhmədov “Əsrin müqaviləsi”ndən DANIŞDI: “Risk amilləri mövcud idi” 18 Sentyabr 2019, 13:10 Cəbhə xəttində monitorinq insidentsiz yekunlaşıb 18 Sentyabr 2019, 13:04