Modern.az

BMT Baş katibi: "Biz nəhayət QİÇS epidemiyasına son qoymaq üzrəyik"

BMT Baş katibi: "Biz nəhayət QİÇS epidemiyasına son qoymaq üzrəyik"

1 Dekabr 2011, 11:43

1 dekabr 2011-ci il Ümumdünya QİÇS Günüdür. Bu münasibətlə BMT Baş katibi Pan Gi Munun  müraciəti yayılıb. Modern.az həmin müraciəti təqdim edir.

“Biz ilk QİÇS yoluxmasının qeydə alınmasından 40 il keçdiyi bir vaxtda nəhayət ki, bu epidemiyaya son qoymaq üzrəyik.

Bu günə kimi qazandığımız nailiyyətin sübutu İİV yoluxmaları, diskriminasiya və QİÇS ilə əlaqəli ölüm hallarını sıfıra endirmək məqsədini reallaşdıra bilməyimizdir.

1997-ci ildən bəri yeni İİV yoluxmalarının sayı 20 faizdən çox azalmışdır. Yeni yoluxmaların sayı dünyanın bir çox yerində azalmaqda davam edir. QİÇS yoluxmalarının ən çox müşahidə edildiyi Sub-Saxara Afrikasının 22 ölkəsində İİV-in əhatə dairəsi xeyli azalmışdır.

Təhlükəyə məruz qalan əhalinin vəziyyəti dəyişir. İİV-in qarşısını almaq üçün lazımı xidmətlərdən istifadə edilməsi gənclər, fahişələr və onların müştəriləri, narkomanlar, bir-biri ilə cinsi əlaqədə olan kişilər və transcinsiyyətli insanlara öz sağlamlıqlarına daha yaxşı nəzarət etməyə kömək edir.

Müalicə 1985-ci ildən bəri 2.5 milyon insanı QİÇS ilə əlaqəli ölümlərdən xilas etmişdir. Yalnız ötən  il 700 min insanın həyatı xilas edilmişdir. Təxminən yarısı aşağı və orta gəlirli ölkələrdən olmaqla, 6.6 milyon insanın müalicəyə ehtiyacı var və onlar müalicə almaqdadırlar.

Xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nailiyyətləri artırmaqdadır.

QİÇS-ə qalib gəlmək üçün biz daha böyük nəticələr əldə etməliyik.

Bu il iyun ayında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Yüksək səviyyəli Görüşü zamanı QİÇS-lə əlaqədar 2015-ci il üçün hədəflər müəyyən edilmişdir: İİV-in cinsi əlaqə vasitəsilə ötürülməsini yarıya qədər azaltmaq, uşaqlarda yeni yoluxma hallarını aradan qaldırmaq, İİV-ə yoluxmuş  15 milyon insanın müalicəsini təmin etmək, stiqma və ayrı-seçkiliyə son qoymaq və QİÇS ilə mübarizədə büdcə kəsirini aradan qaldırmaq.

Güclü siyasi istək, səmərəli maliyyə vəsaitləri və insan hüquqlarına əsaslanmış qəti yanaşma ilə biz bütün bu məqsədlərə çata bilərik.

 Uğur qazanmaq üçün maliyyə çox əhəmiyyətlidir. Mən bütün tərəfləri BMT‐nin İİV/QİÇS üzrə birgə Proqramı tərəfindən irəli sürülmüş  maliyyə çərçivəsi naminə  iş görmək və 24 milyard ABŞ dolları məbləğində illik qlobal yatırım hədəfinə  çatmağa səsləyirəm.  Nəticələr ilkin xərcləri bir nəslin həyatı dövründən daha az zamanda kompensasiya edə bilər.

Gələcək səylərimizi bizi bu dönüş nöqtəsinə gətirən siyasi öhdəlik, sərmayə qoyuluşu, enerji, fəallıq və qətiyyət əsasında qurmalıyıq.

Hərəkət etmək vaxtıdır. Gəlin bu imkandan QİÇS-a həmişəlik son qoymaq üçün istifadə edək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir