Modern.az

Arif Əliyev: “Biz jurnalistlər üçün “Frontlayn” klubu yaradırıq”

Arif Əliyev: “Biz jurnalistlər üçün “Frontlayn” klubu yaradırıq”

1 Dekabr 2011, 13:14

90-cı illərin sonunda Bakıda jurnalistlər üçün açılmış “Press Klub” fəaliyyətinə bənzər yeni mərkəz yaradılır. Modern.az-ın məlumatına görə, bunün üçün “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin rəhbərliyilə müvafiq işlər görülür.
Arif Əliyev Modern.az saytına müsahibəsində bu və digər suallara cavab verib.

 

- Arif müəllim, deyəsən “Press Klub” bərpa olunur?

- Söhbət “Frontlayn” kulubunun (Frontline Club) Azərbaycanda açılmasından gedir. Bu geniş bir təşəbbüs qurupunun hazırlıq işidir. Bu, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Nəcəf Nəcəfov Fondunun və bir sıra Azərbaycan jurnalistlərin təşəbbüsudur. Ümumiyyətlə “Frontlayn”  şəbəkəsinin əsası 2003-cü ildə Londonda qoyulub. Əvvəllər bu münaqişə zonasından yazan jurnalistlərin mərkəzi olub və həlak olmuş jurnalistlərin xatirəsinə yaradılıb. Amma sonradan bu şəbəkə çox genişlənib və keyfiyyətli jurnalistika tərəfdarlarını birləşdirən bir mərkəzə çevrilib. İndi çox məşhur şəbəkədir. Postsovet məkanında da artıq onun izləri böyükdür. İlk dəfə 2006-cı ildə Moskova yaradılıb, daha sonra Rusiyanın bir neçə şəhərində, Sankt-Peterburqda, Çelyabiniskdə və başqa şəhərlərdə belə klublar fəaliyyət göstərir.
2007-ci ildə Ukraynada, 2010-ci ildə Gürcüstanda da “Frontlayn” klubu yaradılıb. Bunlar özlərində həm “Press-klub”ların fəaliyyət formalarını birləşdirir, həm də bir qədər daha geniş imkanlara sahibdir. Ona görə də, Azərbaycanda belə bir mərkəzin yaradılmasından söhbət gedir və bu yalnız “Press-klub” funksiyasını daşımır, həmçinin, digər xidmətlər də göstərə bilər. Azərbaycanda keyfiyyətli jurnalistikanın formalaşması, onun bu peşəyə daxil olub əslində başqa cür fəaliyyət göstərməsi və yaxud da aşağı keyfiyyətli jurnalist məhsullarının bazara çıxarılması  geniş yayılıb. Bu sırada biz professionalizmi  unutmamalıyıq  və onun səviyyəsini qaldıra biləcək cəhdlər göstərməliyik. Bu da həmin cəhdlərdən biridir.
Düşünürük ki, bu addım ölkədə həm plüralizmin inkşafına imkan verə bilər, həm də informasiya mənbələrinə çıxışa birbaşa imkan yaradar. Çünki şəbəkəyə qoşulmaq o deməkdir ki, sən o insanlarla, informasiya mənbələrilə ünsiyyətdə ola bilərsən.  KİV-də adi vəziyyətdə onlara çıxış imkanı olduqca fərqlidir. Burada xaricdən gələn qonaqlar, xaricdə çəkilən ən yaxşı sənədli filimlər, jurnalistikada olan materiallar və.s. nümayiş olunacaq. Bunun üçün bir neçə ay hazırlıq mərhələsi keçmək lazımdır, bu müddət ərzində Londonda olan əsas klubla əlaqələrin yaradılması, onlardan loqodan istifadə hüququnun alınması, cəmiyyətdə bu ideyanın daha geniş yayılması və bunun üçün müvafiq, nümunəvi tədbirlərin  keçirilməsi nəzərdə tutulur. İctimaiyyət, o cümlədən jurnalistika ictimaiyyəti də əyani sürətdə görsməlidir ki, klubun yaradılması Azərbaycan jurnalistikasının inkşafına köməklik edən hansı əlavə resuslar yarada bilər.

- Qeyd etdiniz ki, təşkilatlarla yanaşı, müstəqil jurnalistlər də bu məsələyə qoşulublar. Bilmək istəyirik, o jurnalistlər hansı şəkildə qoşulurlar. Bunun Azərbaycanda perspektivini necə görürsünüz?

- Müstəqil jurnalistlər deyəndə, yəni onlar əsasən KİV-lərin rəhbərləridir. Bu ideyanın ətrafında bilavasitə KİV-lərin və onların rəhbərlərinin toplaşmasını görürük və gözləyirik. Çünki bu hansısa bir qrupa məxsus mərkəz kimi yox, müəyyən işi yerinə yetirən mərkəz kimi nəzərdə tutulub. Gələcəkdə isə əgər çatdıra bilsək, məhz keyfiyyətli jurnalistika dediyimiz qurumu təmsil edən jurnalistlər, ziyalılar, mütəxəssislər, cəmiyyətin digər təbəqələrinin üzvləri də bu kluba üzv ola, onun xidmətlərindən istifadə edə bilərlər.
Və yaxud da özləri onun imkanlarından istifadə edib, nələrsə yarada bilərlər. Biz düşünürük ki, klubun gələcək fəaliyyətində vacib istiqamətlərindən biri də gənc jurnalistlərin yetişdirilməsidir. Məsələn, belə bir təcrübə var, bu təcrübə Rusiyada da geniş yayılıb və kifayət qədər böyük effekt verib. Bəzi Avropa ölkələrində də var. Gənclər üçün “Frontlayn” klublarının yaradılması və onların klubun işində fəal iştirak etməsi. Buradakə fəaliyyətə diskussiyaların təşkili, sənədli filmlərin nümayişi və müzakirəsi, görüşlərin keçirilməsi və s. daxildir.

- “Media açarı” mükafatının verilməsinin vaxtının dəyişməsi hansı səbəbdən oldu?

- Vaxtı dəyişməyin səbəbi ondan ibarət oldu ki, 90-cı illərin sonunda “Media açarı” yarananda jurnalistika günü ilə əlaqələndirilmiş yeganə mükafat idi. Ancaq sonradan yeni təşkilatlar yarandı, dairə genişləndi və bir sıra mükafatlat təsis olundu. Eyni zamanda, dövlət orqanları həmin günü qeyd etməyə başladılar. Deyim ki, ilin ortasında yekun vurmaq bir qədər çətin olur. Ona görə də biz düşündük ki, mükafatın verilməsini ilin sonuna keçirək. Təkcə,  Azərbaycanda jurnalistika gününə həsr olunmuş bir tədbir kimi yox, eyni zamanda ilin yekunu kimi qeyd edək. Bu yaxınlarda Azərbaycan Jurnalistlər Birliyi ilə “Yeni Nəsil” Jurnalistlər Birliyinin toplantısı oldu və məsələni müzakirə etdik.

Dekabr ayının sonunda, hələki vaxt dəqiqləşməyib, təxminən 20-25-i arası ötən ildəki formatda faktiki olaraq “Medaia açarı” mükafatının təqdimat mərasimini keçirəcəyik. Ola bilsin ki, bu elə “Frontlayn” klubunun növbəti tədbirlərindən birinin çərçivəsində keçirilə bilər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır