Modern.az

Həqiqəti tapmaq yolu: Xoca Əhməd Yəsəvidən günümüzə - III YAZI

Həqiqəti tapmaq yolu: Xoca Əhməd Yəsəvidən günümüzə - III YAZI

5 Fevral 2019, 10:39

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Eyni fəlsəfi düşüncə ilə yazan İmadəddin Nəsimi “Dünya duracaq yer deyil” deməklə yenə də Əhməd Yəsəvi və Yunus İmrə ilə bir mənbədən qaynaqlanır, ancaq fikrin və poetik düşüncənin ifadə forması fərqlənir.

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə

 Aldanma anın alına, andan həzər eylə.

 

Yaxud, “Dövr anın, dövran anın dövranıdır” deməklə yenə də eyni məqsədə xidmət edir, sadəcə olaraq poetik düşüncənin ifadə forması və stili dəyişir.

 

Ay ilə günəş üzün heyranıdır

Mişk ilə ənbər saçın tərxanıdır

Çün Nəsimi əyyamın sultanıdır

Dövr anın, dövran anın dövranıdır.

 

Bu məsələ “Kitabi - Dədə Qorqud”da belə söylənmişdir:

 

Hanı dediyim bəy ərənlər?

Dünya mənim deyənlər

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli -gedimli dünya

 Son ucu ölümlü dünya!

Onlar dəxi bu dünyaya gəldi, keçdi,

Karvan kimi qondu, köçdü.

Onları  dəxi  əcəl  aldı, yer gizlədi

Fani dünya yenə qaldı.

 

Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində “Dünya bir kişiyə vəfa qıldımı?” fikri də eyni mənbədən qaynaqlanan, lakin özünəməxsus poetik kəlmədir. Diqqət yetirək:

 

Dünyanı cüt əllə tutanlar hanı?

Qaldımı onların bircə nişanı?

Bəylik mərtəbəsi sənindir hələ,

Bu azca ömrünü mənalı xərclə.

Fikirləş, ey sübhün huşyar adamı:

Dünya bir kişiyə vəfa qıldımı?

 

Xəstə Qasımın “Demə: bu dünyada qalım yaxşıdır” poetik kəlməsi həyat, dünya barəsində fəlsəfi həqiqətdir. Və hər şeydən əvvəl, dünya barəsində qənaətdir, dünyanı dərk etməyə çağırışdır. Və ən azı dünya barəsində düşündürücü poeziyadır. Diqqət yetirək:

 

Dəli könlüm, məndən sənə əmanət:

Demə:budünyadaqamyaxşıdır.

Birgünolarqohum, qardaşyadolar,

Demə:ulusumvar,elimyaxşıdır.

 

Birməclisəvarsan, özünüöymə,

Şeytanabacveribkimsəyəsöymə,

Qüvvətli olsan da, yoxsulu döymə

De ki, zorluyam, qolum yaxşıdır.

 

Xəstə Qasım, kimə qılsın dadını?

Canı çıxsın, özü çəksin odunu.

Yaxşı igid yaman etməz adını

Çünki yaman addan ölüm yaxşıdır.

 

Xəstə Qasımdan başqa bir nümunə:

Gəl bir səndən xəbər alım

Süleymandan qalan dünya.

Əzəli gül kimi açıb

Axırında solan dünya.

 

De görüm nəyə talıbsan?

Dərsini kimdən alıbsan?

Neçəminyolboşalıbsan?

Neçəminyoldolandünya.

 

XəstəQasımqalıbnaçar,

Busirribəskimləraçar?

Gələnqonar, qonanköçər,

Heysalarsantalandünya.

 

Eyni düşüncə tərzinin müxtəlif ifadə formaları dövrümüzə qədər gəlib çatmışdır. Bunun fəlsəfəsi əslində belədir ki, nə qədər cəmiyyət mövcuddur, nə qədər cəmiyyətin insan adlı məxluqu var bir o qədər də eyni cür düşünən, lakin fərqli poetik formalar olacaqdır. Həmin poetik formalardan biri də “Kitabi-Dədə Qorqud”, “Qutadqu bilik” kimi əsərlərin, Nəsimi kimi sənətkarların qaynaqlandığı mənbədən işıq alan, enerji götürən Bəxtiyar Vahabzadənin misralarıdır.

 

Vaxtındəyirmanındıdaşəridi, qumoldu,

Tarixəatğızqayıt,zumoldu.

ninqitibugüntərsyozumoldu,

Niyəyozulmasın, axı, dünyafırlanır.

 

Bu sırada Məmməd Arazın da adını çəkmək olar. Onun qeyd olunan məsələyə yanaşmada poetik üslubu digər sənətkarlar kimi fərqlənir. Ancaq o da klassiklər kimi eyni mənbədən, qaynaqdan qidalanır. Məmməd Araz yazır:

 

Birtaleyinoyunundacütlənmişzərik,

Yüz  il  qoşa  atılsaq  da, qoşa  düşmərik.

Birzərninişığınamilyonlarşərik

Dünyasənin, dünyamənim, dünyaheçkimin...

 

Əlbəttə, eyni düşüncə tərzinin kodları zərrə-zərrə insanların  yaddaşına,  hafizəsinə,  qanına,  canına, sümüyünə, iliyinə ötürülür. Yüzlərin, minlərin, milyonların içərisindən çıxan hikmət sahibləri bu kodları dövrün, zamanın  tələblərini nəzərə almaqla müasirləşdirir, nəticədə üslub dəyişir, ifadə forması yeniləşir, ortaq cəhət, fikrin, düşüncənin nüvəsi qalır və min illərdən üzübəri bu proses belə də davam edir.

Əhməd  Yəsəvi  cənnət  və  cəhənnəm  savaşını  da hikmətlərinə gətirir. O, bir təriqət adamı kimi insanın həyat  və  fəaliyyətinin  son  qiymətini  cənnət  və  cəhənnəmdə axtarır. Hər ikisinin insan üçün yarandığını bəyan edir. Ancaq cənnətdə və cəhənnəmdə olanlar əməllərinə görə bu yerləri tuturlar. Cənnətdə peyğəmbərlər, mömin və alim, qullar, cəhənnəmdə isə haqqı, həqiqəti, dərk etməyənlər, zalımlar olur. Burada yenə də Əhməd Yəsəvi insanları həqiqəti, haqqı dərk etməyə çağırır. O yazır:

 

Behiştayturnedirsinsöznibilmeyaytursin

SindeFiravnbarbolsamindeYusifKenanbar

 

Behişt  aytur  min  artuk  mümin  kullar  minde  bar

Müminlerning  aldıda  türlüg  nimet- elvanbar

 

Duzehayturminartukzalimkullarmindebar

Zalimlergebirürgezehrüzakkumçendanbar

 

Behişt  aytur  min  artuk  alimkullarmindebar

Alimlerni  könglide  ayet  hadis  Kuranbar

 

Əhməd Yəsəvi hikmətlərində Yusifi Kənanın adını təsadüfi yerə çəkmir. Həzrəti-Yusif Həzrəti-Yaqubun on iki oğlundan  biridir. Onun barəsində “Qurani-Kərim”in on ikinci “Yusif” surəsində verilir. Həzrəti-Yusifi atası o biri oğullarından daha çox istəmişdir. Ona görə də qardaşları Həzrəti-Yusifə qısqanmışlar. Günlərin birində onu aradan götürmək üçün qardaşları atalarından icazə alaraq Həzrəti-Yusifi özləri ilə gəzməyə aparırlar. Şəhərin kənarında gəzib dolaşdıqdan sonra evə qayıdan zaman qardaşları Yusifi quyuya atırlar. Atalarına isə Yusifi bir qurdun yediyini söyləyir və onun qanlı köynəyini göstərirlər. Ağlamaqdan Həzrəti-Yaqubun gözlərinə ağ çökür.

 

Əhməd Yəsəvi bu barədə yazır:

Yunus dik [hem] derya içre balık bolsam

Yusuf dik [hem] kuduk  içre  vatan  kılsam  

Yakub  dik [hem] Yusif üçün köp yığlasam

Bu  iş  birle  ya  Rab  sini  tapkay  mu  min

 

Yusifin atıldığı quyunun yanından keçən bir karvan quyudan su çəkərkən Yusifi quyudan çıxarır, Misirə götürür və kölə kimi satır. Onu satın alan zəngin bir Misirli Yusifi böyüdür. Allah ona hikmət, elm və mərifət verir. Onun gözəlliyinə Misirli zənginin  qadını Zəlihə (Züleyxa) məftun olur. Zəlihə (Züleyxa) onu özünə ram etmək istəyir, buna  müvəffəq  olmadığı  üçün  Həzrəti-Yusifə  iftira yaxır və  onu  zindana  atdırır. Bu barədə Əhməd Yəsəvi yazır:

 

Aşıklarğa  birdi  ışkın  köydürgeli

Zeliha dik  kaddın düta  kıldurgeli

Riyazettereng-iruyınsoldurgeli

Çın  aşıknıreng-iruyınsamankılur

 

Bütün qadınlar onun gözəlliyini gördükdən sonra Yusifin insan deyil, bir mələk olduğunu söyləyirlər.

Müqayisə üçün qeyd edək ki, Yusifin gözəlliyi aşıq yaradıcılığında öz vəsfini tapmışdır. Məsələn, Aşıq Musanın (1830-1912) yaradıcılığında:

 

Xudam  səni    xoş  gündə  yaradıb,

Salıbdı  cahana, ay  gülə-gülə.

Gözəllikdə  Yusif  sənə  tay  olmaz.

Alıbsan  qüdrətdən  pay, gülə-gülə.

 

Yaxud:

Dilinin  kəlməsi  gözəl  bir  lisan,

Telinəsadağa  varımdı  bircan.

Yaraşır  şəninə  güllü  bir  cahan,

Yusifi-Kənanləşəbahətin  var.

 

XIX əsr aşığı Dollu Mustafanın yazdığı qıfılbənddən başqa bir misal:

 

Sual

O  kimdi  ki,  geyinibdir  ağları?

O  kim  idi, dolanırdı  dağları?

Okimidi, bəzəyirditağları?

Okimidi, onungülünüzər, hey?

 

Cavab

OLeylidi, geyinibdiağları,

OMəcnundu, dolanırheydağları,

OYusifdi, bəzəyirditağları,

Züleyxaydı, hərbüsatındüzər, hey!

 

Həzrəti-Yusif zindanda olduğu vaxt Misir məliki Firon yuxusunda görür ki, yeddi güclü inək yeddi zəif inəyi yeyir. Eyni zamanda yuxusunda yeddi yaşıl sünbül ilə yeddi quru sünbül görür. Bu yuxunun kahinləri tərəfindən yozulmasını istəyir. Kahinlər bu yuxunu yoza bilmirlər. Bunu Yusifin  zindan yoldaşları ona xəbər verirlər. Yusif yuxunu belə yozur ki, yeddi bol ili yeddi qıtlıq ili əvəz edəcəkdir. Ona görə də yeddi il əkilən əkinin məhsulunu ehtiyacları olan qədər yemələrini, qalanını isə yeddi qıtlıq ilinə saxlamalarını məsləhət bilir. Onun bu yozumundan sonra Firon Yusifi zindandan çıxartdırır və onu mükafatlandırır. Həzrəti-Yusifin istəyilə onu xəzinə vəkili təyin edir.  Onun barəsində olan iftiranın da üstü açılır.

Qıtlıq illəri olanda Yusifin qardaşları buğda almaq üçün Misirə gəlirlər. Yusif qardaşlarını tanıyır və onlara buğda verərək yola salır. Buğdanın haqqını isə yüklərin içində gizlədir. Onu tanımayan qardaşlarına deyir ki,  növbəti  dəfə  buğda  almağa  gələrkən  bir  qardaşınızı  da gətirin. Əks təqdirdə onlara  buğda  verməyəcəyini  söyləyir. Qardaşları atalarını çətinliklə razı salaraq kiçik qardaşları Bünyamini də özləri ilə Misirə gətirirlər. Yusif kiçik qardaşına özünü tanıdır. Buğdalar yüklənən zaman Bünyaminin yükünə hökmdarın qabını (su içmək üçün istifadə edilən qızıl əşya) qoydurur. Karvan yola çıxarkən deyir ki, hökmdarın qabı oğurlanıb, ona görə də yüklər yoxlanılacaqdır. Adətə  görə,  qab  kimdən tapılsa, o, qab sahibinin köləsi olmalı idi. Belə də olur. Bünyamin Misirdə qalır, qardaşları geri qayıdır. Allahın köməyilə Həzrəti-Yaqub oğullarının Misirdə olduğunu anlayır. Həzrəti-Yusifin dəvətiylə atası, anası və qardaşları Misirə gələrək orada yerləşirlər. Həzrəti-Yusifin köynəyini atasının gözünə sürtdükdən sonra onun gözləri açılır. Beləliklə, onlar Misirdə xoşbəxt bir həyat yaşayırlar. Həzrəti-Yusif isə Zəlihə (Züleyxa) ilə evlənir.

Həqiqəti, haqqı yayanların hər biri dinin tarixini dərindən bilmişlər. Ona görə də müqəddəslərin hər birini poeziyalarına gətirmişlər. Məsələn, Yunus İmrə yazır:

 

Dərdi öküş Eyyub ilə,

Gözü yaşlı Yaqub ilə

Ol Məhəmməd məhbub ilə

Çağırıram, Mevlam səni...

 

İmadəddin Nəsimidə də müqəddəslər anılır, yada salınır.

 

İsamısan, Musamısan?!

YaYusifi - Kənanmısan?

Vallahki, canımcanısan

Mənsəndənüzdöndərmənəm!

 

Yaxud, Yunusİmrəyazır:

Yunusİmrəbudünyada

İkikişiqalarderlər

MəgərXızırİlyasola

 Abi-həyat içmiş kimi.

Rəvayətə görə, Xızır İlyas “Abi-həyatı” (ölümsüzlük suyu, həyat verən su) tapmışdır və əbədi həyata qovuşmuşdur. İnama görə, Xızır İlyas çətinlikdə olanlara (möminlərə) yardım göstərir və onları çətinlikdən qurtarır. İndi də bu,  xalq  arasında  Xızır Nəbi // Xıdır Nəbi // Xıdır Elləz kimi anılır.

Əhməd Yəsəvi hara  getsə,  Xızrın ona yoldaş olduğunu söyləyir.

 

TörtyaşımdahakMustafabirdihurma

Yolkörsettimyolğakirdiniçegümrah

 

KaydabarsamHızırBabammangahemrah

Olsebebdinaltmışüçdekirdimyirge

Xızrın yardımçı olması, insanlara kömək göstərməsi aşıq yaradıcılığında - Dollu Mustafanın (XIX əsr) yaradıcılığında da (qıfılbənddə) diqqəti çəkir.

Sual:

Onəydiki, zərrəsindənayoldu?

Onəydiki, qətrəsindənçayoldu?

Onəydiki, budünyadaheyoldu?

Okimidi, onaqəbirqazar, hey?

 

Cavab:

Ogünidi, zərrəsindənayoldu,

Oümmandı, qətrəsindənçayoldu,

Xızıridi, budünyadaheyoldu,

Cəbrayıldı, onaqəbirqazar, hey!

 

Əhməd Yəsəvi şəriət, təriqət adamı kimi öz hikmətləri vasitəsilə insanlara həqiqəti anlatmağa çalışmışdır. Onun hikmətləri Əhməd Yəsəvinin təriqətinin, əqidəsinin, məsləkinin nədən ibarət olduğunu insanlar arasında təbliğ etməyə xidmət etmişdir.

Yəsəvinin hikmətləri hazırda da bir daha onun qüdrətli təriqət adamı olduğunu təsdiqləyir.

Həzrəti-Peyğəmbər indi yerdə olan peyğəmbərlərdən ikisinin sağ olduğunu bildirmişdir: Xızır və İlyas peyğəmbər.

Məhəmməd Peyğəmbər Xızır və İlyas peyğəmbərlər barəsində bunları demişdir:

Xızır elə peyğəmbərdir ki, ayaqlarını haraya basırdısa, ora yaşıl çəmənliyə çevrilirdi. O, əvvəldən İskəndər Zülqərneynin yaxın adamlarından olub. İsgəndər dirilik suyu axtara-axtara bütün dünyanı gəzib dolanır, axırda zülmət dünyasına da baş çəkir. Lakin o, suyu tapa bilmir. Dirilik  suyu  Xızır  peyğəmbərə  nəsib  olur. O, yolla gedərkən bir bulağa rast gəlir, bulağın suyundan doyunca içir, lakin ağlına gəlmir ki, içdiyi su dirilik suyudur. Bu sudan içdiyinə görə Xızır ölməyib, yaşayır və Qiyamət gününədək yaşayacaqdır. Hal-hazırda o, həm quruda, həm də dənizdə gəzib dolaşır, harada bir fağırın, bədbəxtin ahını, fəryadını eşidirsə, imdadına çatar, əlindən yapışardı.

İlyas peyğəmbərə gəldikdə isə o, ancaq quruda gəzir, ildə bir dəfə, həcc vaxtı məkkəyə gəlir. Buraya gələndə Xızır ilə görüşür.

Günlərin birində kafirlər İlyas peyğəmbəri öldürmək istəyirlər. Bundan xəbər tutan peyğəmbər kafirlərdən qaçır və bir il dağlarda gizlənir. Uzun müddət pəhriz saxladığına görə əldən düşür. İlyas şəhərə yollanır, bir qadına qonaq olur. Onun evində ibadətlə məşğul olmağa başlayır və qadının xəstəlikdən ölmüş oğlunu Allaha dua edərək dirildir.

İlyas  peyğəmbərə  Əl-Yəsə  adlı  bir  nəfər  xidmət göstərib, onu həmişə müşayiət edirmiş. Bununla birlikdə İlyasın hərəkətlərini daim izləyirmiş. Günlərin birində peyğəmbər heç bir səbəb olmadan, üzünü göyə tutub dua edərək deyir: Məni düşmənlərimin fitnə-fəsadından qoru! Allah-taala onun səsini eşidir, deyir ki, sənin duanı qəbul etdim, sən səhraya get, orada qarşına bir at çıxacaq,  ata  min və  kafirlərin  əlindən  canını  qurtar.

İlyas peyğəmbər həmin gün Qadir Allahın buyruğu ilə səhraya gedir, qarşısına çıxan atı minir və səhradan uzaqlaşır. Onun izinə düşən Əl-Yəsə “Ey Allahın elçisi, bəs mənə nə qoyub gedirsən?” - deyə arxadan qışqırır.

At  xeyli  aralandığına  görə  İlyas  peyğəmbər onun səsini eşitmir və heç bir cavab da vermir. Göydən Əl-Yəsənin qarşısına kiçik bir xalça düşür. Elə xalça ki, müsəlmanlar belələrinin üstündə namaz qılırlar. Həmin gün Əl-Yəsəyə belə bir hədiyyə ilə bərabər peyğəmbərlik verilir.

Allah-taala İlyas peyğəmbərə mələk təbiəti vermiş, bir mələk kimi yerə göndərmişdir. O, Allaha ibadət edir. Peyğəmbər ibadəti axirət gününədək davam etdirəcək və Allahın buyruğu ilə köməksiz adamların əlindən tutacaqdır.

SON...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi