Arxiv
5 Fervral 2019, 12:04 | PARLAMENT
“Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən hekayə yazsın” - Siyavuş Novruzov  

“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin”. 

Modern.az-ın məlumatına görə, bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məcliisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə göprə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə alan qəzetlər dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazmalıdır.


“Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”.


“Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə” sualına deputatƏgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir” deyə cavab verib.

S.Novruzov sosial şəbəkələrdən də danışıb:


“Sosial şəbəkələri bağlamayaq, amma elə bir yol seçməliyik  ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir eləmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət eləmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə davasın aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilər. Keçmişdə buna “donos” deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə “donos” yazırlar”.

 
S.Novruzov insanların bugünkü dolanışıq səviyyəsi ilə bağlı sualı belə cavab verib:


"Hər bir şəxsin özünün dolanışıq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanır, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıbmış əlini ağdan-qaraya vurmayıb. Sonda biri o biridən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yəni, məsələnin başqa tərəfləri də var.

Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hərdən xariclə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yəni, investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək reallıqdan uzaq olmayaq da".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
4219 abonent qazsız qalacaq 18 İyul 2019, 11:10 100 kiloqram yararsız ətin satılmasının qarşısı alındı 18 İyul 2019, 11:05 Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30 Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47