Arxiv
5 Fervral 2019, 13:42 | HADİSƏ
Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək - Qalmaqallı sənəd gündəmdə...

““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırdır. Güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq və qəbul olunacaq. Artıq iş planına da salınıb”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat  Musa Quliyev deyib.

Sədr müavininin sözlərinə görə, qanunun qəbul edilməsi ilə bağlı problemli heç nə qalmayıb:

“Sadəcə, surroqat ana və donorluq məsələləri uzun müddət idi ki, qanunun qəbul edilməsinə mane olurdu. Artıq hər ikisi qanun layihəsindən çıxarılıb.  Hazırda Azərbaycan reallığı üçün mümkün hesab edilmir. Ona görə də qanun layihəsinin qəbul edilməsi üçün heç bir problemli məsələ qalmayıb”.

Deputat bildirib ki, İşçi qrup “Orqan donorluğu və transplantasiyası haqqında qanun layihəsi”ni də hazırlayıb:

“Güman ki, gələn həftə Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunacaq. Sənəd səslənəcək fikir və təkliflərlə zənginləşəcək. Ondan sonra rəy üçün müvafiq nazirliklərə göndəriləcək. Rəylərə əsasən, bir daha müzakirə olunub Milli Məclisə təqdim olunacaq. Bu  qanun layihəsi də Milli Məclisin yaz sessiyasına daxil edilib”.


Musa Quliyev deyib ki, əvvəllər beyin ölümünün müəyyən edilməsi, meyitdən orqan götürülməsi, müvafiq klinikaların yaradılması kimi məsələlər uzun müddət müzakirə olunub:

“Bəzi qanunaltı aktlar var ki, onlar yaradılacaq, formalar müəyyənləşəcək. “Vətəndaş necə vəsiyyət etməlidir, vətəndaş vəsiyyət etmədikdə onun qohumları hansı şəkildə razılıq verməlidirlər, yaxud da vətəndaş etiraz edibsə, bu məsələ necə olmalıdır?!” kimi məsələlər qanunda öz əksini tapıb.

Bir neçə məsələ qalır ki, onlar da müzakirələr zamanı ortaya çıxacaq. Məsələn, vətəndaşın müraciəti hansı şəkildə sənədləşməlidir?!. Ola bilsin ki, vətəndaş müraciət edər, notariusdan da sənəd alıb evinə aparar. Təbii ki, bu sənəd sayılmayacaq. Müraciət edib notarial qaydada ərizəsini təsdiq edəndən sonra  Orqan donorluğu və transplantasiyası Koordinasiya Mərkəzi yaranacaq.  Məlumatlar Koordinasiya Mərkəzinin elektron bazasına ötürüləcək. Elektron bazada vətəndaşın ad-soyadı yazılan kimi haqqında məlumat çıxacaq. Məlumatda etiraz ya da razılıq etməsi bilinəcək. Əgər bu yoxdursa, dünyasını dəyişəndən sonra qohumlarından razılıq alınacaq. Vətəndaşın öz üzərində daimi gəzdirdiyi yeni nəsil şəxsiyyət vəsiqəsində çip var. Belə fikir də var ki, çipə bunların yerləşdirilməsi, yaxud da vətəndaşın  sürücülük vəsiqəsində hər hansı məlumatın olması kimi hallar müzakirələr vaxtı dəqiqləşdiriləcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11