Arxiv
7 Fervral 2019, 11:04 | TƏHSİL
Tələbələrin köçürülməsi başa çatır  

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır.


Modern.az xəbər verir ki, bu prosesə fevralın 7-də saat 24.00-da yekun vurulacaq.

Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbuluna fevralın 1-dən başlanılıb.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri əmr imzaladı 16 İyul 2019, 10:35 Çeçenistanda təyyarə yaşayış evinə düşdü 16 İyul 2019, 10:32 İngiltərə və Şotlandiya futbol komandaları BANM-da xeyriyyə oyunu keçirib 16 İyul 2019, 10:31 Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir 16 İyul 2019, 10:28 Azərbaycan nefti bahalaşdı 16 İyul 2019, 10:25 Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13