Modern.az

"Azərsu" indi də Xətai rayonunun içməli suyunu kəsir

"Azərsu" indi də Xətai rayonunun içməli suyunu kəsir

Təhsil

2 Dekabr 2011, 11:51

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq Bakının Xətai rayonu ərazisində magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar 2-3 dekabr tarixlərində Xətai rayonunun bir hissəsinə - Gəncə prospekti, X. Məmmədov, S.Ə.Şirvani, Vunqtau, Məhəmməd Hadi küçələrinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi