Arxiv
7 Fervral 2019, 15:47 | AKTUAL
Elnur Hüseynzadə hələ Ermənistandadır - Qızıl Xaç Komitəsi ona baş çəkməyə davam edəcək  

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 fevral 2017-ci ildə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Elnur Hüseynzadəyə baş çəkməyə davam edəcək.

 

Bu barədə Modern.az-a BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova məlumat verib.

 

O qeyd edib ki, şəxs münaqişə tərəfinin tərk edənədək Komitə ona baş çəkməyə davam edəcək:

 

“Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsə o vaxta qədər baş çəkir ki, həmin insan münaqişə tərəflərindədir. İnsan münaqişə tərəflərinin ərazisini tərk etdikdən sonar ona baş çəkmək səlahiyyəti bizə aid deyil”.

 

İ.Hüseynovanın sözlərinə görə,  şəxsin üçüncü yaxud başqa bir ölkəyə aparılması məsələsilə bağlı danışıqlar  BQXK-nın mandatına daxil deyil. 

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasidan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elnur Hüseynzadə 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb.

 

Qeyd olunub ki, saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

 

Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bir neçə gün öncə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.

Məlumatda bildirilib ki, Elnur Hüseynzadə 1 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanıb.

17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Ermənistan tərəfi bildirir ki, Elnur Hüseynzadə Azərbaycana dönmək istəmədiyi üçün üçüncü ölkəyə təhvil veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20