Arxiv
8 Fervral 2019, 17:05 | HADİSƏ
İş adamı şəhid qızının qanını batırmaq üçün 52 min manat rüşvət verib - MƏHKƏMƏ  

«Xırdalan-Xəz» ASC-nin rəhbəri, keçmiş deputatlığa namizəd Akif Rəhimov ilyarım öncə 17 yaşlı oğlunun törətdiyi qəza nəticəsində ölən qadının sərxoş olması barədə saxta rəy almağa çalışıb.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində yer alıb.

Amma təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılan A.Rəhimov yox, ondan 52 min 500 manat aldığı iddia olunan Elnur Babayevdir.

2017-ci ilin noyabr ayında iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı “Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürmüşdü.

Hazırda məhkəmə önünə çıxarılan 31 yaşlı E.Babayev müstəntiq köməkçisi olub.

O, CM-in 178 (dələduzluq), 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, E.Babayev iş adamı Akif Rəhimova ondan aldığı 52 min 500 manat müqabilində onun oğlu Rəhimin cinayət məsuliyyətindən azad olunacağını vəd edib. Bundan ötrü ekspert Bayraq Meydanı yaxınlığında yolu keçərkən 17 yaşlı R.Rəhimovun «Jeep Grand Cherokee» ilə vurduğu Könül Əkbərovanın hadisə vaxtı sərxoş olması haqda rəy verməliydi. Pulun 10 min manatının da ekspertə verilməsi nəzərdə tutulub. Razılaşma belə olub ki, qalan məbləğə də müstəntiqin köməyi ilə onların xeyrinə ifadə verəcək şahidlər tapılacaq, sükan arxasında R.Rəhimovun yox, ailənin sürücüsü Əmirulla Şahbazovun olması rəsmiləşdiriləcək.

Bu yol qəzası məhkəmədə araşdırılanda məlum olmuşdu ki, hadisədən sonra sürücü Ə.Şahbazov məsuliyyətə cəlb olunub. Qəzanı onun törətdiyi rəsmiləşdirilib.

Qəzada həyatını itirən 42 yaşlı K.Əkbərovanın anasının müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra vəziyyət dəyişib.

Zərərçəkən yazırdı ki, iş adamı öz pulu hesabına oğlunu məsuliyyətdən yayındırır.

Ardından R.Rəhimov həbs edildi, Səbail Rayon Polis İdarəsində bu işin istintaqını aparan müstəntiq Vüqar Abbasov işdən çıxarıldı.

İşadamının oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə ondan pul almaqda ittiham olunan E.Babayev özünü təqsirli bilib. Deyib ki, A.Rəhimovla onlara məxsus «Yeganə» şadlıq sarayında görüşüblər, bütün danışıqlar da orada baş tutub. E.Babayevlə A.Rəhimov arasında müqavilə imzalanıb. Orada iş adamından 52 min 500 manat alınması göstərilib.

A.Rəhimov bu iş üzrə ifadə vermək üçün məhkəməyə çağrılsa da, gəlmir. Ona görə də, haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

Xatırlatma

Yol qəzası 2017-ci il noyabrın 8-də 90 FO 007 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə törədilib. 1975-ci il təvəllüdlü K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məhkəmədə məlum oldu ki, 18 yaşı tamamlanmadığından sürücülük vəsiqəsi olmayan R.Rəhimov əyləncə klubundan qayıdanda qəzanı törədib.

R.Rəhimov CM-in 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun işində 264-cü maddə ilə ittihama xitam verilib, özünə isə 5 il cəza təyin olunub.

Daha sonra 17 yaşlı R.Rəhimov cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qərarıyla həbsdən buraxılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13 Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü 15 İyul 2019, 20:03 9 manata görə 8 il 3 ay həbs olundu 15 İyul 2019, 20:00 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə anlaşdı - FOTO 15 İyul 2019, 19:54 Rəsədxanada “Kosmos yay festivalı” təşkil edilib - FOTO   15 İyul 2019, 19:45 Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir - Bakı Metropoliteni 15 İyul 2019, 19:36