Modern.az

Polislə etirazçılar arasında qarşıdurma - YENİLƏNİB

Polislə etirazçılar arasında qarşıdurma - YENİLƏNİB

10 Fevral 2019, 01:00

Fransada “Sarı jiletlər” etiraz aksiyasında polislə və nümayişçilər arasında ciddi qarşıdurma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə əvvəlcə Milli Assambleyanın qarşısında polislə etirazçılar üz-üzə gəlib. Buradan uzaqlaşdırılan polis arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Məlumata görə, etirazçılar arasında saxlanılanlar var.

 

 

***

 

 

Fransada "sarı jiletlər"in etirazları davam etdirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün keçirilən aksiyada 50 mindən çox insan iştirak edib.

 

Məlumata görə, bu gün 51,4 min insan Fransada etiraz aksiyalarına qatılıb, onlardan 4 mini Parisin payına düşür. Ötən həftənin şənbə günü etirazçıların sayı 58 min təşkil etmişdir.

 

Sayca 13-cü olan aksiya bu gün səhər saatlarında Parisdə Zəfər tağından başlayıb. Daha sonra etirazçılar Fransanını Milli Məclisi tərəfinə istiqamətləniblər, orada aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi