Arxiv
9 Fervral 2019, 16:00 | HADİSƏ
Nazir əməkhaqqı artımından DANIŞDI

Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı təkcə 180 manata qədər olan əmək haqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əmək haqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əmək haqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə həmin 450 min şəxsin əmək haqlarında orta olaraq 30 faiz artım olacaq.

S.Babayev qeyd edib ki, özəl sektorda  işləyənlərin də minimum əmək haqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əmək haqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir.

Ümumilikdə, dövlət və özəl sektor üzrə maaş artımının 600 mindən daha artıq işçini əhatə edəcəyini düşünmək olar.

Nazir minimum əmək haqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb. O deyib ki, artan əmək haqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13 Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü 15 İyul 2019, 20:03 9 manata görə 8 il 3 ay həbs olundu 15 İyul 2019, 20:00 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə anlaşdı - FOTO 15 İyul 2019, 19:54 Rəsədxanada “Kosmos yay festivalı” təşkil edilib - FOTO   15 İyul 2019, 19:45 Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir - Bakı Metropoliteni 15 İyul 2019, 19:36