Arxiv
10 Fervral 2019, 12:54 | MEDİA
Bizimkilər - Fərəh Sabirqızı: “Qərara aldım ki, ailənin kişisi özüm olmalıyam” - FOTOLAR

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı CBC televiziyasının veb-redaktor və parlament müxbiri Fərəh Sabirqızıdır.

Fərəh Sabirqızı – dörd ildir CBC televiziyasında veb-redaktor və parlament müxbiridir. Bundan əvvəl “BakuPost”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində işləyib. 22 illik jurnalist həyatında müstəqil media layihələrində çalışıb, PR sahəsində özəl şirkətlərlə əməkdaşlıq edib. Parlament Jurnalistlər Birliyinin sədr müavinidir.

Bakıda doğulub, Bakı kəndləri arasında xüsusi seçilən Maştağadandır. Elə bu kənddə oxuyub və yaşayıb. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Universitetin sonuncu kursunda ikən Maştağadakı 255 saylı orta məktəbdə fizika, riyaziyyat, astronomiyadan dərs deməyə başlayıb. Sonradan paralel olaraq 189 saylı orta məktəbdə də dərs deyib.  İki illik müəllimlik fəaliyyətindən sonra təhsil sahəsindən kənara çəkilib və tamamilə fərqli bir sahəyə - jurnalistikaya keçib.

Ailəlidir, iki övladı var. Həyat yoldaşı Məğrur Əli Polad da jurnalistdir, “Kaspi” qəzetində baş redaktorun birinci müavinidir.

 

- Necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?

 

- Bir qədər təsadüfi alındığını deyə bilərəm. Çünki düşünüb-daşınıb jurnalist olmamışam. Heç məktəb dövründə yazı-pozu, inşa yazmaqla aram olmayıb. Mənimki ancaq fizika, çətin məsələlər, inteqrallar idi. Amma müəllimə işlədiyim illərdə o vaxtkı təhsil sisteminin eybəcərliklərini içdən gördüm. Dözə bilmədim. Heç sevimli şagirdlərim də fikrimi dəyişə bilmədi. Bir gündə qərar verib işimi dəyişdim.

Həmin dövrdə bacım Ülviyyənin işlədiyi “Yeni Müsavat” qəzetində texniki işçi ikimi fəaliyyətə başladım. Qınayanlar çox oldu. Tətbiqi elmlər sahəsində çox uğur qazana biləcəyimi deyirdilər. Digər tərəfdən, bu dəyişikliyin mənim üçün ağır psixoloji tərəfi də vardı. Çünki atam yenicə vəfat etmişdi. Maştağanın qaydalarını da hər kəs bilir – evdən deyirdilər ki, sən kənddəki “gül kimi müəllim” işini qoyub şəhərə getsən, hərə bir söz qoşacaq, axşamlar evə gəlməyin söz-söhbət olacaq. Amma bu cür söz-söhbətlərə əhəmiyyət vermədim, qərara aldım ki, ailənin kişisi özüm olmalıyam. Şükür, sonradan heç vaxt bu seçimimə peşman olmadım.

 

- Həm qəzetdə, həm də televiziyada. Hansında işləmək daha rahatdır?

 

- Mediadakı fəaliyyətim tək qəzet və televiziyada işlə məhdudlaşmır. Bu sahədə olduğum 22 il ərzində radioda aparıcı-prodüser, saytlarda redaktor, onlayn efirdə aparıcı, bir sıra QHT layihələrinin koordinatoru olmuşam. Media sahəsində bəzi qanunların PR işi ilə məşğul olmuşam. Qısa müddət də olsa, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlıq etmişəm. Bir çox yerli və beynəlxalq müsabiqələrin qalibiyəm.

Bu illər ərzində elə mövzu qalmayıb ki, onunla bağlı yazım, araşdırmam olmasın. İdman jurnalisti olan dostum deyirdi ki, Fərəh bircə bizim çörəyimizə əl atmayıb. Doğrudan da idman sahəsi mənə heç vaxt maraqlı gəlmirdi.  Amma 2015-ci ildə 1-ci Avropa Oyunlarının rəsmi internet səhifəsinin redaktoru işləyəndən sonra o mövzunu da gen-bol öyrəndim. Həm də ilk dəfə sırf ingilis dilində keçirilən planlaşdırmalarda iştirak etdim. Böyük təcrübə oldu. 

Qəzet, sayt, radio, televiziya - hər biri özünə görə maraqlıdır. Hər birinin də asan və çətin tərəfləri var. Online media və televiziyadan fərqli olaraq, qəzetdə tələskənlik yoxdur. Bəyəndiyin mövzunu ürəyin istəyən kimi işləyə bilirsən, hansısa müsahibi dilə tutmağa, görüş təyin etməyə vaxtın olur. Sayt və televiziyada belə imkan yoxdur – mövzu bu gün işlənməlidir, bir müsahib razı deyilsə, dərhal o birinə keçirsən. Saytlarda hansısa xəbəri yarım dəqiqə tez paylaşmaq üçün dəridən-qabıqdan çıxırsan. Və heç yarım saat keçməmiş gündəmi ayrı mövzu zəbt edir. Həyəcanın da, əsəblərin də əbəs olur. 

Həmişə deyirdim ki, televiziyada işləmərəm. Çünki kollektivləri çox böyükdür, həm də oradakı mühit haqqında müxtəlif söhbətlər gəzirdi. Amma qismətdə bu da varmış. CBC televiziyası çox kompakt, hörmət etdiyim şəxslərin rəhbərlik etdiyi bir kollektivə malikdir. Burada efirə az qalmış yaşanan həyəcan və qaçhaqaçdan zövq alıram.

 

- Bəzən işləyən xanımlar ev işlərinə vaxt ayıra bilmir. Bəs siz necə ev işlərinə zaman ayıra bilirsiniz?

 

- Bax, burası qadın jurnalistlərin ən ağrılı yeridir. Qrafiksiz işləmək, axşam tədbirlərinə getmək, bayramları işdə olmaq və bununla yanaşı, evdə də səliqə-sahmanı saxlamaq – fiziki və zaman baxımından çox çətindir. Həftə ərzində yığılan işlərin hamısını bazar gününə saxladığından, ailəvi gəzməyə də getmək çətin olur. Uşaq da anlamır ki, niyə bütün analar kimi onun da anası valideyn iclaslarına getmir, məktəbin həyətində dayanıb onu gözləmir, bayramlarda məktəblərdəki tədbirlərə gəlmir. Bu, məni hər zaman sıxan məsələlərdən biridir. Bu il qızım ali məktəbə hazırlaşır və hiss edirəm ki, bu məsələdə ona dəstək olmağa, yeniyetməlik problemləri ilə yaxından maraqlanmağa vaxtım qalmır. Özümü günahkar hiss edirəm. Yaxşı ki, anam hər zaman bütün ev işlərimə kömək edib və məhz onun sayəsində bu çətinliklərin öhdəsindən gələ bilmişəm. 

 

- Elədirsə, bu qədər müddət jurnalistikada qalmaq necə mümkün olub?

 

- Çünki bu peşənin bəyəndiyim tərəfləri çoxdur. Səmimi deyim – fikrimcə, öz sözünü açıq deyə bildiyin, müstəqil fikir səsləndirə bildiyin yeganə sahədir. Jurnalistika – müxtəlif peşə sahibləri, tam fərqli dünyanın adamları, fərqli baxışları olan insanlarla tanış olmaq imkanı verir. Media ilə əlaqəsi olmayan tanışlarım Facebook səhifəmdə dost sayını görəndə deyirlər ki, neynirsən bu qədər tanımadığın adamı dostluğa qəbul etməyi? İnandıra bilmirəm ki, azı min nəfəri şəxsən tanıyıram. Yəni, həqiqətən də bizim əhatə dairəmiz daha böyük olur.

Həm də bu peşə insana daha çox gəzməyi, dünyanı tanımaq imkanı verir. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, təlimlərə qatılıb dünyagörüşünü, biliklərini artırmağa şərait var ki, bu da mənim üçün mühüm məsələlərdən biridir. Azərbaycanın bölgələrini də qarış-qarış gəzmişəm, çox maraqlı yerləri görmüşəm. Məsələn, jurnalist olmasaydım, heç kim məni Azərbaycanın cəbhə bölgəsindəki ən yüksək sərhəd məntəqəsinə buraxmazdı.

Bu sahədə olmağım mənə ailə ilə yanaşı, həm də yaxın dostlarımı qazandırıb. Məsələn, elə KİV-lər var ki, heç vaxt onların ştatlı işçisi olmasam da, özümə doğma sayıram. Modern.az, “525-ci qəzet”, “Şərq”, “Kaspi” qəzetləri bu qəbildəndir.

 

-Təcrübəli jurnalist olaraq Azərbaycan jurnalistikasında çatışmazlıqları nədə görürsünüz?

 

- Tək jurnalistikada yox, bütün sahələrdə çatışmazlıqlar var. Amma müşahidə edirəm ki, digər peşə sahiblərinə baxanda, bizlər özümüzü daha çox tənqid edirik. Bu, bir tərəfdən inkişaf üçün yaxşı stimuldur. Amma digər tərəfdən belə bir pis tendensiya da yaranır – nədənsə hamı düşünür ki, jurnalistləri tənqid etməlidir, bildi-bilmədi, nəsə ünvanımıza söz atmalıdır. Sanki cəmiyyətin günahlarının hamısı bizim ucbatımızdan yaşanır. Sıravi vətəndaşlar bir qırağa, belə fikirləri ziyalı, siyasətçilərdən eşidəndə adam lap əsəbiləşir. İnsanlar öz səhvlərini düzəltmək əvəzinə medianın üstünə hücum edirlər.

Bəsit bir nümunə - çox vaxt deyirlər, uşaqların intihar hadisəsi, zorlanma, məişət zəminində baş verən qətllər haqqında yazmayın, təbliğ edirsiz, guya ona görə də belə halların sayı artır. Mən tam əksini düşünürəm. Sovet dövründə olduğu kimi bunları gizlətməklə nə olacaq? Əksinə, belə halları yaymaq lazımdır ki, valideynlər daha diqqətli olsunlar, uşaqların davranışlarına fikir versinlər. Cinayət törətmək məgər belə asan işdir ki, qəzetdə oxuyandan sonra gedib sən də təkrarlayasan? Əksinə, məncə belə halları törədənlər layiqli cəzalandırılsa, bu fikirdə olan digəri çəkinib, beynindəkini icra etməz, cinayət törətməz... Daha çox yazmaq lazımdır ki, döyülən, əzilən qadınlar da oxusunlar, bilsinlər. Bilsinlər ki, nə qədər onlara əziyyət verən kişilərin əməllərini bağışlasalar, ört-basdır etsələr, bunun xoşbəxt sonu olmayacaq.

Məncə, cəmiyyətin digər təbəqələrindəki problemlərin yanında medianın peşəkarlıq problemləri heç nədir. Və yaxşısı odur ki, mediada peşəkarların sayı kifayət qədərdir. Bu cür jurnalistlərin rəhbərlik etdiyi KİV-də isə keyfiyyət məsələsinə daim diqqət verilir.

 

- Xasiyyətiniz necədir? Sizinlə yola getmək çətindir yoxsa asan?

 

- Bu suala ətrafımdakılar, yaxınlarım daha yaxşı cavab verər. Deyirlər ki, çətin adamsan. İnsanı tanıyana qədər yaxına buraxmıram. Amma etibarımı qazandıqdan sonra həmin adam üçün hər şey edərəm.

Yaxın dostlarım deyir ki, ilk dəfə hər kəsə təkəbbürlü təsiri bağışlayıram. Qətiyyən elə deyiləm və həyatım boyu da məhz bu tiplərlə yola gedə bilməmişəm. “Maskalanmağı”, yaltaqlanmağı bacarmıram. Sirr deyil, bacarsaydım, bəlkə də indi daha yaxşı vəzifədə, daha yuxarı postda ola bilərdim. Amma bacarmamışam. Zəmanəyə uyğun xasiyyət olmasa da, beləyəm. Nə düşündüyümü gizlətməmişəm. Bu xasiyyətim ailə münasibətlərimdə də bəzi problemlər yaradıb.

 

- Yeri gəlmişkən, həyat yoldaşınız da jurnalistdir. Bunun mənfi və müsbət tərəfləri nələrdir?

 

-Müsbət cəhətləri daha çoxdur. Çünki ayrı peşə sahibləri qadına bayramları, həftə sonlarını işdə növbədə olmağı, axşam tədbirlərini bağışlaya bilməz. Mediada qazandığımız ortaq dost və tanışlarımız da çoxdur.

 

- Jurnalistikada kimi özünüzə örnək götürmüsünüz?

 

-İşini, yazılarını bəyəndiyim həmkarlarım çoxdur, konkret bir nəfərin adını çəkə bilmərəm. Amma kimisə örnək götürüb onu yamsılamağa çalışmamışam.

 

- Yaxın qohumlarınızdan jurnalist olanlar var. Bir araya gələndə jurnalistikanı müzakirə edirsiniz yoxsa, işi evə gətirmirsiniz?

 

- Həyat yoldaşımla yanaşı, yuxarıda qeyd etdiyim kimi bacım da jurnalistdir. İllərdir, eyni sahədə çalışırıq, eyni dairənin adamlarını tanıyırıq, yüzlərlə ortaq tanışımız var. Ona görə istər-istəməz mediadan söz düşür. Jurnalistikanı deməzdim, ətrafımızdakı insanlardan, dostlardan çox danışırıq.

 

- Bu sahədən ayrılmaqla bağlı düşünmüşünüz? İşinizi dəyişmək qərarına gəlsəniz, hansı sahəyə keçmək istərdiniz?

 

- Çox düşünmüşəm. Amma düzünü deyim ki, bu sahə ilə əlaqəli olmayan layiqli bir yer tapa bilməmişəm. Bəzən özəl sektora keçmək istəyirəm. Xüsusilə biznes sahəsinə baş vurmaq arzusundayam. Amma bunların hamısı hələlik arzulardır. Tanıdığım vəzifəli şəxslər çox olsa da, kiməsə ağız açmağa, yardım istəməyə, “tapşırılmağa” həmişə utanmışam. Bir neçə dəfə dövlət qurumlarında mətbuat xidmətinin rəhbəri vəzifəsinə dəvət almışam, amma hər dəfə hansısa səbəbdən alınmayıb.

Mediada işin bir tərəfi də odur ki, tez-tez iş yerini dəyişməli olursan. Nə qədər peşəkar, məsuliyyətli, bacarıqlı, rəhbərliyi yarıdan işçi olsan da, uzunmüddətli yerlər az olur. Səbəblər müxtəlifdir: hansısa perspektivli layihə birdən-birə bağlanır, daha yaxşı şərtlərlə təklif alırsan və s. Bu, ömrü boyu bir idarədə işləyənlərə təəccüblü gəlir. Bir dəfə yeni yaradılan qurumlardan birindən mətbuat katibi işinə dəvət almışdım. Heç kim tərəfindən tapşırılmamışdım, ona görə də 4-5 rəhbər şəxslə müsahibələrdən keçdim. Son müsahibə birbaşa qurum rəhbərinin yanında oldu. Biznesdən dövlət idarəçiliyinə gələn bu adamın yeganə iradı o oldu ki, niyə bu qədər iş yeri dəyişmisən, yəqin yaxşı işçi olmamısan? Ürəyimdə “ah” çəkib “uzun məsələdir” dedim və sağollaşıb otaqdan çıxdım. Təbii, oradakı işim də alınmadı.

 

- Tam səmimi cavab verməyinizi istərdik. Jurnalistikadan bezdiyiniz anlar olubmu?

 

- Tam səmimi – bəli, olub. İstirahətsiz, məzuniyyətsiz işləyib fiziki və mənəvi cəhətdən tükəndiyim vaxtlar, əməyimim müqabilində yalnız tənə görəndə bezmişəm. Amma xoşbəxtlikdən bu sindrom çox uzun çəkməyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20