Arxiv
11 Fervral 2019, 10:07 | AKTUAL
“Ürək daşı”nın ilk imza günü keçirilib

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının “Ürək daşı” şeirlər kitabının “İmza günü” keçirilib.

Modern.az xəbər verir ki, tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov “Ürək daşı” və “Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb. 

Əkbər Qoşalı “İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.

Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu “İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Sonda, müəllif “Ürək daşı”nı oxucular üçün imzalayıb.

“Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, “Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46