Modern.az

Keçmiş məhkumdan 3 kiloqramdan çox heroin və tiryək götürüldü

Keçmiş məhkumdan 3 kiloqramdan çox heroin və tiryək götürüldü

Aktual

11 Fevral 2019, 11:59

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan çox tiryək aşkarlanaraq götürülüb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb.

İstintaq və əməliyyat tədbirləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar