Arxiv
11 Fervral 2019, 12:08 | MƏDƏNİYYƏT
Kamran İmanov Azərbaycandakı piratçılığın səviyyəsini açıqladı  

“Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair  Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və  39 Avrasiya iddia sənədi daxil olub”.


Modern.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, həmin müddətdə 119 müraciət daxil olub.


İddia sənədlərinin ekspertizası nəticəsində20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş, 14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.

Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olub. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertizası aparılıb. Onlardan  214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatna dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası  aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hal-hazırda ilkin ekspertiza mərhələsindədir.

Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olub. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq  müsbət qərar qəbul edilmişdir. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilmişdir. Hal-hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.


2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olmuşdur. Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 pa­tent qeydiyyata alınıb. On­­lardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 pa­tent qeydiyyata alınıb. On­­lardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb. On­­lardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.

Müvafiq Dövlət re­­­yest­rin­də 1070 əm­təə ni­şanı qey­diyyata alınıb. On­­lardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib.

Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınıb. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.


İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib  və əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

 

K.İmanov bildirib ki, ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 2007-ci ildə  3,2%-dən  2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik  hüququna əsaslanan  sahələrdə  istehsalın həcmi 3549,1 mln. manat təşkil etmişdi.

 

Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 25%-ə, audio-video məhsul bazarında 90%-dən 60%-ə, proqram təminatında 96%-dən 74%-ə düşüb.

Mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdləri davam edir.

Kamran İmanov bildirib ki, belə cəhdlərə qarşı “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” Azərbaycan, rus  və ingilis dillərində kitab hazırlanıb, erməni nümunələri kimi qələmə verilən xalq mahnılarımızın və müəllif əsərlərinin, o cümlədən “Aman Tello” xalq mahnısının Azərbaycan xalqına məxsusluğunu elmi, tarixi, etimoloji və hüquqi baxımdan təsdiq edən arayış hazırlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03