Modern.az

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub

11 Fevral 2019, 16:55

Azərbaycanda yanvar ayı üzrə gündəlik neft hasilatı  min barrel olub.

Bu haqda Modern.az-a Energetika Nazirliyindən məlumat verilib.

 

Bunun 720 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik  598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib.

 

Energetika Nazirliyi  yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

 

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.

 

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.  Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı