Modern.az

Milli komandalarda baş məşqçi təyinatları

Milli komandalarda baş məşqçi təyinatları

Aktual

11 Fevral 2019, 20:16

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilmiş iclasda qərarlar açıqlanıb.

 

Toplantıda aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib. Azərbaycanın U-21 komandası Milan Obradoviçə, U-19 yığması Samir Əliyevə, U-15 və U-16 komandaları isə Miloş Velebitə həvalə olunub.

 

Miloş Velebit eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Azərbaycanın əsas milli komandasındakı baş məşqçi postuna xorvatiyalı Nikola Yurçeviç təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür